XƏBƏRLƏR
16:34, 02.11.2023
Genetik Ehtiyatlar İnstitutunda seminar keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) İmmunogenetika şöbəsinin elmi işçisi Rəkidə Əminə Mərfət qızının biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
O, “Genetika” ixtisası üzrə “Azərbaycanda becərilən ərik bitkisinin genetik müxtəlifliyinin və şarka xəstəliyinə davamlılığının tədqiqi” mövzusunda dissertasiya işini seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.
 
 
 

FOTO>>>

 

© www.genres.az