
E-mail: hamlet.sadiqov@yahoo.com
Telefon: +99450 3911253
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Laboratoriyaya daxil olan dənli-taxıl bitkilərin dənlərinin texnoloji göstəricilərinin və dənin endospermində qliadin və qlütenin ehtiyat zülallarının elektroforetik analizi əsasında pasportlaşdırılması, identifikasiyası və qliadin- qlüteninkodlaşdıran lokuslara görə sort və növdaxili, növlərarası genetik polimorfizmin müəyyən edilməsidir. Genbank şəraitində uzun və orta müddətli saxlanılan dənli-taxıl bitki genetik ehtiyatlarının, xüsusilə də, qədim sortların, nadir və nəsli kəsilməkdə olan növlərin genetik müxtəlifliyinin və onların pasportlaşdırılması istiqamətdə laboratoriyada geniş elmi-tədqiqat işləri aparılır. Bununla yanaşı, introduksiya edilmiş və yerli yumşaq buğda sortlarından alınmış çörəklərin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi işləri də aparılır.
Struktur bölmənin əsas elmi nəticələri:
2008-2013-cü illər ərzində Texnologiya laboratoriyasına daxil olmuş yabanı və mədəni 861 diploid və tetraploid buğda, 200 bərk və yumşaq buğda, 52 yerli və introduksiya edilmiş çovdar, 83 arpa, 34 qarğıdalı və egilops növlərində ehtiyat zülallarının genetik şərtlənmiş polimorfizmi və kompleks texnoloji göstəriciləri (1000 dənin kütləsi, şüşəvarilik, kleykovinanın miqdarı və keyfiyyəti, KDƏ, sedimentasiya göstərici və çörək bişirmə keyfiyyəti) qiymətləndirilmişdir. Yerli və introduksiya edilmiş arpa nümunələrinin piyvəlik xüsusiyyətləri də öyrənilir. Həmçinin, bərk və yumşaq buğda nümunələrində qliadin-qlüteninkodlaşdıran lokusların allellərinin irsi keçmə xüsusiyyətləri və yeni allel komponentlər blokları identifikasiya edilmişdir. Habelə, ehtiyat zülalları əsasında müxtəlif sortnümunələrində, hibrid populyasiyalarında zülal markerlərinin polimorfizmi aşkar edilmişdir.
İşçilərin ümumi sayı: 12
Aparıcı elmi işçi - b.ü.f.d., dos. Kərimov Əkbər Yaşar oğlu
E-mail:
Telefon:
Böyük elmi işçi - a.ü.f.d. Poladova Gülşən Hüseyn qızı
E-mail:
Telefon:
Böyük elmi işçi - b.ü.f.d Sadıqova Sevil Bəhrəm qızı
E-mail:
Telefon:
Böyük elmi işçi - Hüseynova Cavahir İmran qızı
E-mail:
Telefon:
Elmi işçi - Kəlbiyeva Yeganə Eldar qızı
E-mail:
Telefon:
Böyük elmi işçi - Məmmədova Gülgər Əsgər qızı
E-mail:
Telefon:
Mühəndis-texnoloq - İbrahimova Şənay Güloğlan qızı
E-mail:
Telefon:
Böyük laborant - Verdiyeva Günay Məmmədzadə qızı
E-mail:
Telefon:
Laborant - Kərimova Zərifə Allahverdi qızı
E-mail:
Telefon: