STRUKTURŞöbələrMolekulyar sitogenetika

Struktur bölmənin rəhbəri   -

b.ü.e.d., professor NAİB XALİQ oğlu ƏMİNOV

 

E-mail:anaib@rambler.ru

Telefon:+99450 5800426

 

 

 


 

Biologiya üzrə elmlər doktoru, professor Naib Xalıq oğlu Əminov 1938-ci ildə anadan olmuşdur. O, 1955-cı ildə Bakı şəhəri 7 nömrəli orta məktəbi, 1961-ci ildə bioloq-botanik ixtisası üzrə ADU-nun Biologiya fakültəsini bitirmişdir. 1962-ci ildə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun Dənli-taxıl və paxlalılar şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayan Naib Əminov 1962-1963 cü illərdə Leninqradda (indiki Sanktpeterburq)  SSRİ  Elmlər Akademiyası Sitologiya İnstitutun da elektron mikroskopunda işləmə metodlarını  öyrənmək   məqsədilə starijofkada olmuşdur. 1964 cü ildə Ümumi Rusiya Bitkiçilik institunun(Leninqradda) aspiranturasına daxil olmuşdur. 1967 ci ildə aspiranturanı bitirmiş, həmin İnstitutda paxlalı bitkilərdə endospermin işıq və elektron mikroskopunda tədqiqatına həsr olunmuş namizədlik dissertasiya işini müvəffəqqiyyətlə müdafiə etmişdir. 1967 ci ildən Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya institunda sitogenetika üzrə tədqiqatlara başlamış və indiyə qədər də bu işi davam etdirir. Alim Genetika və Seleksiya İnstitutunda  buğdaların əmələgəlmə prosesi, yabanı buğda və egilops növlərinin Azərbaycanda yayılması, genefondunun zənginləşdirilməsi, növ- və cinslərarası hibrid populyasiyalarından məqsədyönlü sitogenetik və fenotipik seçmə yolu ilə yüksəkməhsuldar buğda sortlarının yaradılması istiqamətində tədqiqatlar aparmışdır. O, respublikanın müxtəlif bölgələrinə təşkil olunan çoxsaylı yerli və beynəlxalq ekspedisiyaların rəhbəri və iştirakçısı olmuşdur. N.X.Əminov bəzi yabanı buğda növlərinin mənşəyi barədə mühakimələrin və eləcə də egilops növlərinin müasir mədəni buğdaların genomlarını təşkil etməsinə dair mülahizələrin müəllifidir. Onun apardığı elmi tədqiqat işləri nəticəsində yeni genom strukturuna, yüksək formaəmələgətirmə potensialına malik və genom tərkibinə görə mövcud buğdalardan fərqlənən amfidiploidlər yaradılaraq onların əsasında 8 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur. Amfidiploidlərin sitogenetik tədqiqi buğdaların təkamülü ilə bağlı yeni fikirlərin irəli sürülməsinə səbəb olmuşdur ki, bunlardan da ən önəmlisi vaxtilə Aegilops speltoides Tausch. növünün buğdanın ikinci genomunun donoru olması haqda söylənilən və hazırda molekulyar səviyyədə öz təsdiqini tapmış fərziyyədir. N.Əminov 2007-ci ildə buğda genomlarının təkamülü haqqında doktorluq dissertasiyası müdafiə etmiş və yabanı tetraploid buğdanın (T.araraticum) əmələgəlmə mərkəzinin İraq deyil, İran olması haqda fikir söyləmişdir. O, xarici həmkarları ilə müştərək tədqiqat işləri aparmaqla bərabər, aldığı sanballı elmi nəticələri yüksək impakt-faktorlu jurnallarda dərc etdirmiş, dəfələrlə beynəlxalq simpozium və konfranslarda məruzə ilə çıxış edərək, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir. Naib Əminovun  rəhbərliyi və bilavasitə iştirakı ilə çoxlu miqdarda  buğda xromosomlarına əlavə və əvəzolunmuş xromosom xətləri yaratmış və sonda analoqu olmayan yenişaxəlilik əlamətinə malik sintetik  buğda növü yaradılmışdır. (T.abscheronicum)  Molekulyar Sitogenetika şöbəsində  ayrı-ayrı cinslərə aid xromosomların sabit hibrid xətlərdə identifikasiyasına əsasən onlarda qohumluq münasibətlərinin səviyyəsi müəyyən olunmuşdur.   O, 2000-ci ildən 2018 ci ilə qədər  AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.  2000 ci ildən indiyə qədər Molekulyar sitogenetika şöbəsinin müdiri vəzifəsində çalışaraq, mövzu planlarının tərtibatında, müzakirəsində, yerinə yetirilməsində, elmi seminarların təşkilində, təcrübələrin monitorinqinin keçirilməsində fəal və prinsipial mövqedən çıxış edir. Onun rəhbərliyi ilə biri bərk (Saray) və digəri yumşaq (Abşeron) olmaqla, 2 kommersiya dəyərli buğda sortu yaradılaraq rayonlaşdırılmışdır. Professor N.X.Əminov biologiya üzrə 8 fəlsəfə və 1 elmlər doktoru hazırlamış, hazırda bir doktorantın elmi rəhbəri və elmlər doktorluğu üzrə bir dissertantın elmi məsləhətçisidir. Sitologiya və genetika üzrə tanınmış mütəxəssis 120-dən artıq elmi əsərin, 1 monoqrafiya və 2 kitabın müəllifidir. Professor Naib Xalıq oğlu Əminov elmi nailiyyətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

 


 

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

-         mədəni və yabanı bitki növ və populyasiyalarında baş verən genetik dəyişkənliklərin sitogenetik mexanizminin tədqiqi;

-         di-, tetra- və heksaploid buğda və egilops növlərinin toplanması və onların gen kolleksiyasının yaradılması və öyrənilməsi;

-         buğdanın təkamülünün tədqiqi ilə yanaşı yüksək formaəmələgəlmə potensialına malik hibridlərin yaradılması üçün yeni genetik mənbələrin təyini;

-         mikrotəkamül prosesində növlər arasındakı introqressiyaların molekulyar sitogenetik metodlarla aşkar edilməsi.

-         Yaradılmış növ- və cinsarası hibrid xətlərdə molekulyar sitogenetik metodlardan (FISH və GISH) istifadə etməklə xromosomların identifləşdirilməsi, yadcinsli xromosom əvəzolunmalarının və translokasiyalarının, eləcə də aberrasiyalarının aşkar edilməsi.

 

Struktur bölmənin əsas elmi nəticələri:

  1. İndiyədək məlum olmayan yeni tipli şaxəlilik əlamətinə malik şaxəli buğda xətləri yaradılmış və həmin əlamətin bir resessiv genlə idarə olunduğu aşkar edilmişdir.
  2. Yeni tipli şaxəlilik əlamətinin mənbəyinin stabil 171ACS (üçcinsli natamam amfidiploid × T. aestivum cv. Chinese Spring) xətti olduğu müəyyən edilmişdir.
  3. Üçcinsli natamam amfidiploid [(T. durum × Ae. squarrosa) × S. segetale] ilə yumşaq buğdanın Chinese Spring sortu arasındakı hibrid populyasiyalar içərisindən karlik və qısaboylu formalar seçilmiş və onların əsasında stabil xətlərdən ibarət kolleksiya yaradılmışdır.
  4. Ae. speltoides –in İran ekotipinin Ph geninin zəif supressoru olduğu müəyyən edilmiş, onun tetra- və heksaploid buğdalarla kombinasiyalaşma və yüksək dərəcədə konyuqasiyalaşma qabiliyyətinə malik olduğu sübuta yetirilmiş və beləliklə də onun, təkcə T. timopheevii Zhuk. sırası buğdaları üçün deyil, qalan buğda növlərinin də ikinci genomunun donoru olduğu haqda mülahizə söylənilmişdir.
  5. T. araraticum Jakubz. növünün (İran ekotipi) T. boeoticum Boiss., Ae. speltoides Tausch., Ae. aucherii Boiss.və Ae. tauschii Coss. ilə eyni senozda yayılmasına əsaslanaraq, onun T. boeoticum Boiss. və Ae. speltoides Tausch. növlərinin spontan hibridləşməsi və alınan hibriddə xromosom sayının ikiqat artması yolu ilə əmələ gəldiyinə, eləcə də onun İran mənşəli olduğuna dair fikir söylənilmişdir.
  6. Buğda hibridlərində meyoz prosesinə nəzarət mexanizminin hər bir növ üçün avtonom olduğu təcrübi olaraq göstərilmişdir. 

     

İşçilərin ümumi sayı – 12


 

 

Baş elmi işçi  - b.ü.e.d  Əliyeva Aybəniz Cavad qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

 


 

 

Böyük elmi işçi  - b.ü.f.d  Rasizadə Göhər Məmməd qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

 


 

 

Aparıcı elmi işçi  - b.ü.f.d. Mehdiyeva Səbinə Pərvin qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

  


 

Elmi işçi  - Qədiməliyeva Güllər Əkbər qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

 

 


 

Kiçik elmi işçi  - Namazova Ləman Hüseyn qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

 

  


 

 Böyük laborant  - Mollakişiyeva Qəmər Zabit qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

  


 

 

 

Böyük laborant  - Cumayeva Ruqiyyət Tərəddin qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

  


 

Böyük laborant  - Abdulhəmidova Turan Mustafa qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

 

 

  


 

Böyük laborant  - Rəhmanova Ləman İlham q.

E-mail:

Telefon: 

 

  

 

 

 

 

 

 


 

Laborant  - Nəsirova Elnarə Abbasəli qızı

E-mail:

Telefon: 

 

 

 

 

 

 

 


 

Laborant-Musayeva Günel Dadaş q.

 

E-mail:

Telefon: 

 

 

 

 

 

 

FOTO