STRUKTURŞöbələrKT Heyvanları

Struktur bölmənin rəhbəri - b.ü.f.d. VƏLİ XANBALA OĞLU QARAYEV  

E-mail:veli.qarayev@rambler.ru

Telefon:+99450 3144464

 

 

 

 

 

 

 

Qarayev Vəli Xanbaba oğlu 07.05.1954-cü ildə Zərdab  rayonunun Şahsünlü kəndində anadan  olmuşdur. S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırda ADAU adlanan) baytarlıq fakultəsini bitirmişdir (1976). Kənd təsərrüfatı nazirliyinin təyinatı ilə Elmi-Tədqiqat Baytarlıq İnstitutuna göndərilmişdir.

 AzETBİ-nin helmintologiya laboratoriyasında 1976-1990-cı illərdə kiçik elmi işçi, baş elmi işçi vəzifələrində elmi tədqiqatla (dissertant olaraq) məşgul olmuşdur. AMEA Zoologiya institutunda “Fasciola gigantica” ilə yoluxdurulmuş qoyun orqanizmində misin miqdarının dəyişikliyi və onun tənzimlənməsi yolları” mövzusunda dissertasiya müdafiə etmişdir (1985). Biologiya üzrə fəlsəfə doktorudur.

Vəli Qarayev Ticarət nazirliyinin “Azərbətsüdticarəti” idarəsinin baş baytar həkimi (1990-1992), Bakı şəhər İcra Hakimiyyətinin (1992-2003) və Kənd təsərrüfatı nazirliyinin (2003-2011) tabeliyində olan Bakı şəhər baytarlıq idarəsində dövlət baytarlıq müfəttişliyi şöbəsinin müdiri, idarənin rəis müavini və idarənin rəisi, 2012-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində böyük mütəxəssis vəzifələrində işləmişdir.

V.Qarayev 2017-ci ilin sonundan AMEA Genetik Ehtiyatlar İnstitutunda işləyir və 2018-ci ilin aprel ayından həmin institutun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiridir.

  KOİCA-nın Azərbaycan Məzunları Assosiasiyasının və AQTA-nın İşçi Qrupunun üzvüdür.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq və Heyvandarlıq elmi-tədqiqat institutları ilə sıx birgə əməkdaşlıq edir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Codex Alimentarius” Milli Komitəsi və  Standartlaşdırma texniki şüraların 2014-2017-ci il tarixlərdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeyri-infeksion xəstəliklər üzrə şuranın 2015-ci il tarixdə üzvü olmuşdur.

  AMEA GEİ-də 2019-cu ildən“Genetika” və “insan genetikası” ixtisasının magistratura pilləsi üzrə (əyani) II kurs tələbələrinə  “Elmi tədqiqatın metodologiyası” fənnini tədris edir.

Tayland, Malaziya, İsveçrə, Litva, Danimarka, Rusiya Federasiyası, Estoniya, Qazaxıstan, Ukrayna, Qırğızıstan, İtaliya, Cənubi Koreyada 2012-2016-cı illərdə Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının (OİE), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA), Beynəlxalq Asiya Bankının(IBA) təşkil etdikləri 17 beynəlxalq tədbirlərdə, konfrans, seminar və iclaslarda, Azərbaycan Respublikasının ÜTT-yə üzvolma prosesi çərçivəsində  İsveçrənin Cenevrə şəhərində 2014-cü ilin 20-22 fevral  tarixlərində keçirilən 11-ci iclasında Azərbaycan Hökuməti nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

AMEA-nın səlahiyyətli nümayəndəsi olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı üzrə İşçi Qrupun üzvudur, texniki normativ hüquqi aktların layihələrinin hazırlarlanmasında əməli köməklik göstərir.

Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın təşkili və monitorinqi şöbəsi, Baytarlıq və Heyvandarlıq elmi tədqiqat institutları, Azərbaycan Atçılıq Federasiyası ilə birgə əməkdaşlıq edir.

V.Qarayevqoyun orqanizmində mis mikroelementinin atom-absorbsion  spektroskopiya üsulu ilə təyini  və “Fasciola gigantica” xəstəlik törədicisinin müxtəlif yaş dövründə və tətbiq olunan antihelmintiklərdən sonra orqanizmin orqanlarında müəyyən edilməsi və   onun tənzimlənməsi yollarını müəyyənləşdirmişdir. Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları müxtəlifliyinin(yerli və introduksiya edilmiş iribuynuzlu heyvanların və təkdırnaqlıların, tut ipəkqurdlarının, antropozoonoz xəstəlik törədicilərinin genetik müxtəlifliyinin öyrənilməsi istiqamətində tədqiqatların aparılmasına rəhbərlik edir.

V.Qarayev 28 elmi əsərin(10-u xaricdə dərc olunmuşdur) müəllifidir, 1 fəlsıfə doktorunun opponenti olmuş  və 1 fəlsəfə doktorunun elmi rəhbəridir.

V.Qarayev AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin Redaksiya Heyətinin üzvüdür.

 


  

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

KTHGE Laboratoriyasının əsas fəaliyyət istiqaməti Azərbaycanın yerli və introduksiya olunmuş kənd təsərrüfatı heyvanlarının, quş­ların, tut ipəkqurdu və arıların genofon­dunun aşkarlanması, öyrənilməsi və səmərəli istifadəsindən ibarətdir. Bundan başqa morfoloji, biokimyəvi və molekulyar markerlərlə cinslərin öyrənilməsi və pasportlaşdırılmasının həyata keçirilməsi və kompüter məlumat bazasının yaradılması da əsas istiqamət kimi qarşıya məqsəd qoyulmuşdur.

 

Struktur bölmənin əsas elmi nəticələri: Son 5 ildə laboratoriyada aşağıdakı nəticələr əldə edilmişdir.

  1. İki tut ipəkqurdu cins və 2 hibrid dövlət sınağına təqdim edilmişdir.
  2. İki tut ipəkqurdu cins və 2 hibrid üçün patent alınmışdır.

 

İşçilərin ümumi sayı – 8

 


 

 

Böyük elmi işçi -  b.ü.f.d. Seyidova Gülarə Ağamir qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

Baş mütəxəssis: b.ü.f.d. Qurbanov Şair Xalıq oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 



Elmi işçi -  Mirzəyeva Arzu Rəfail qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

 

Mütəxəssis -  Həkimov Aleksandr Şamilyeviç

E-mail:

Telefon:

 

 

 

 

 

  

 


 

Böyük laborant -   Cəfərova Zöhrə Məmməd qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 


Böyük laborant - İsmayılova Gülər Əli qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Laborant -  Kazımova Şərqiyyə Ağaxan qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

 

 

 

FOTO