XƏBƏRLƏR
18:26, 02.02.2023
ETN Genetik Ehtiyatlar İnstitutunun magistratura pilləsində qış imtahan sessiyası başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Azərbaycan bölməsinin “Biologiya” (Genetika-505.15-21; İnsan genetikası-505.13-21) və “Aqronomluq” (Bitkilərin seleksiyası 702.1-27) ixtisasları üzrə 1-ci kurs magistrantların qış imtahan sessiyasının “Sitogenetika”, “Epigenetika” və “Ümumi genetika” fənnlərindən 2023-cü il 06 yanvar tarixində başlanan imtahanları 02 fevral tarixində başa çatıb. İmtahan komissiyasının sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü prof. Zeynal Əkpərov ilk növbədə tələbələri “Azərbaycan Gəncləri Günü” münasibətilə və tədrisin qış sessiyasında qazandıqları yüksək ballarla imtahanda iştirak etdiklərinə görə təbrik edib, onlara imtahanları da uğurla başa vurmalarını arzulayıb. GEİ-nin icraçı direktoru, b.e.d. Mehrac Abbasovun və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayevanın təşkilatçılığı ilə imtahanın gedişatına ciddi nəzarət olunub. Magistrantlar onlara ayrılmış müəyyən müddətdə imtahan biletlərinin suallarını yazılı olaraq cavablandırıb. Qış imtahan sessiyası müvafiq qaydalara uyğun olaraq təsdiq olunmuş qrafik əsasında aparılıb. İmtahan prosesində hər hansı bir neqativ hal aşkar olunmayıb. Bununla belə, qış imtahan sessiyası uğurla başa çatıb. GEİ-nin gələcək elmi kadr potensialında rolu ola biləcək bu günkü magistrantları, institutun gənc mütəxəssislərini “Gənclər günü” münasibətilə bir daha təbrik edir, təhsillərinin artırılması yolunda onlara uğurlar arzulayırıq!

 

FOTO>>>

 

© www.genres.az