XƏBƏRLƏR
11:25, 11.03.2020
AMEA Genetik Ehtiyatlar İnstitunun əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilmişdir

AMEA Genetik Ehtiyatlar İnstitunun əməkdaşı b.ü.f.d. Ceyran Nağıyeva Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Bu münasibətlə institutun kollektivi Ceyran xanımı təbrik edir və gələcək işlərində uğurlar arzulayırlar.