XƏBƏRLƏR
12:49, 05.02.2019
Görkəmli bioloq alim Dəmir Hacıyevin 90 illiyi qeyd olunacaq

Fevralın 7-də saat 11:00-da AMEA-nın Əsas binasında görkəmli bioloq-alim, həkim və pedaqoq, AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin anadan olmasının 90 illiyinə həsr olunan konfrans keçiriləcək.

Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə "Görkəmli bioloq-alim, həkim və pedaqoq”, “AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115

 

© www.science.gov.az