XƏBƏRLƏR
19:26, 11.12.2018
AMEA Genetik Ehtiyatlar İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin iki qurumu ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  və  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) 27 sentyabr 2018-ci il tarixli  Niyyət Sazişinə uyğun olaraq AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) , Azərbaycan Respublikası KTN Aqrar Elm və İnnovasiya Mərkəzi Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HEİT) arasında birgə elmi-texniki əməkdaşlığa dair 3 tərəfli və  GEİ ilə HETİ arasında 2 tərəfli birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında baramaçılıq və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq imzalanan müqavilələrdə tərəflərin baramaçılıq və ipəkçilik, o cümlədən kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılmasında, habelə elmi pedaqoji digər fəaliyyət sahələrində hər 3 elmi tədqiqat müəssisələri arasında birgə əməkdaşlıq nəzərdə tutulur. 

Müqavilələri AMEA GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Azərbaycan Respublikası KTN Aqrar Elm və İnnovasiya Mərkəzi BETİ direktoru, baytarlıq üzrə fəlsəfə doktoru Sialə Rüstəmova və HETİ direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev imzalamışlar.

 

 

FOTO>>>

 

© www.genres.az