XƏBƏRLƏR
12:52, 24.10.2018
Mülki Müdafiə dəstələrinin növbəti “Xəbərdarlıq - toplanış” məşqi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Mülki müdafiə tədbirlər planına uyğun olaraq hərbiləşdirilməmiş MM dəstələrinin “Xəbərdarlıq - toplanış” məşqi  keçirilmişdir.

Tədbirdə “Ehtimal olunan FH-lar zamanı xəbərdarlıq –toplanış siqnalı aldıqda MM planında müəyyən olunmuş yerə hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin toplanması” mövzusunda müzakirələr aparılmış və bəzi lazımi məlumatlar verilmişdir.

Tədbir, müvafiq siqnalı alan zaman, hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və hazır vəziyyətə gətirilməsini öyrənmək məqsədi ilə təşkil edilmişdir.

 

©  www.genres.az