XƏBƏRLƏR
18:09, 12.06.2018
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistrantı "Magistr-2018" müsabiqəsinin qalibi olmuşdur

AMEA Genetik Ehtiyatlar İnstitutunun ikinci kurs magistrantı Əhmədova Gültəkin "Magistr-2018" müsabiqəsinin qalibi olmuşduşdur. AMEA Prezidentinin 23-yanvar 2018-ci il tarixli 51 nömrəli sərəncamına əsasən magistrların fəailiyyətinin stimullaşdırılması məqsədilə "Magistr-2018" müsabiqəsi elan olunmuşdur. Müsabiqədə iştirak edən 47 magistrant arasında Gültəkin Əhmədovanın sənədləri Ekspert komissiyasının tərəfindən təhlil edərək 1-ci yerə layiq görülmüşdür. İnstitutun kollektvi bu münasibətlə Gültəkini Əhmədovanı səmimi qəlbdən təbrik edir və ona gələcək elmi fəaliyyətində uğurlar arulayırlar.