XƏBƏRLƏR
11:59, 08.06.2018
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Meksikada ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri, Molekulyar-sitogenetika şöbəsinin elmi işçisi Məhəmməd Eldarov 3 aylıq Meksikada ezamiyyətdə olmuşdur.

O, “Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə Buğdanın Yaxşılaşdırılması” adlı beynəlxalq təlim proqramının qalibi olmuşdur. Proqram Dr.Sanjaya Rajaram, FAO-SEC və CIMMYT-Türkiyə fondları tərəfindən dəstəklənmişdir. Bu səbəblə M.Eldarov Mexikoda yerləşən CIMMYT-in baş qərargahında (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz) “Buğdanın Yaxşılaşdırılması” adlı beynəlxalq təlim kursunda iştirak etmişdir. Həmçinin təlimdə ABŞ, Avstraliya, Çin, Efiopiya, Hindistan, İran, Qazaxıstan, Nepal, Özbəkistan, Tacikistan, Tunis, Türkiyə kimi ölkələrdən gənc tədqiqatçılar iştirak etmişdir.

M.Eldarov ezamiyyət müddətində dünya şöhrətli alimlərin mühazirələrini dinləmiş, müzakirələr aparmış və ən son metodikaları dərindən mənimsəmişdir. O, təlim kursunu müvəffəqiyyətlə tamamlayaraq 2 Beynəlxalq sertifikata layiq görülmüşdür.

 

Foto>>>

 

©  www.genres.az