XƏBƏRLƏR
19:17, 14.05.2018
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Mərakeş Krallığında ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun Molekulyar Sitogenetika şöbəsinin doktorantı Güllər Qədiməliyeva Mərakeş Krallığında 5 günlük ezamiyyətdə olmuşdur.

O, bu müddətdə “Borlauq Ümumdünya Pas ilə Mübarizə (Borlaug Global Rust İnitiative) 2018” adlı konfransda iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd buğdanın Ug99 və digər pas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması, bu sahədə fəaliyyət göstərən qabaqcıl alimlərin və digər maraqlı tərəflərin fəaliyyətlərinə dəstək verməkdən ibarət olmuşdur. Dünyanın 51 ölkəsindən 333 alim və mütəxəssisin iştirak etdiyi konfransda G.Qədiməliyeva məruzə ilə çıxış etmişdir.

Həmçinin gənc tədqiqatçı ezamiyyət müddətində 2 günlük CİMMYT və Avstraliyanın Queensland Universitetinin təcrübəli mütəxəssisləri tərəfindən təşkil edilmiş “Buğda Seleksiyası Texnologiyaları” adlı təlimdə  iştirak etmiş və sertifikata layiq görülmüşdür.

 

FOTO>>>

 

©  www.genres.az