XƏBƏRLƏR
14:00, 04.11.2017
Akademik Əhliman Əmiraslanov Dağıstanın fəxri adına layiq görüldü

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan və Dağıstan arasında elmi əməkdaşlığın inkişafındakı xidmətlərinə görə  “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Azərbaycanda rəsmi səfərdə olan Dağıstan Xalq Məclisinin sədri Xizri Şixsaidov noyabr ayının 2-də Milli Məclisdə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” diplomunu və döş nişanını  Əhliman Əmiraslanova təqdim edib.
 
Görüşdə Azərbaycan və Dağıstan Respublikaları arasındakı əlaqələrin qədim tarixə malik olduğu və bundan sonra daha da möhkəmlənəcəyi qeyd edilib.
 
 
© http://www.moderator.az/news/197519.html