Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Bioloji müxtəlifliyin qorunması, öyrənilməsi və elmi əsaslarla gələcək nəsillərə ötürülməsi” mövzusunda gənc alimlər arasında “Ən yaxşı elmi məqalə” müsabiqəsi elan edilir.
Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində aparılan tədqiqatların təşviqi məqsədilə təşkil olunan müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən keçirilir.
Müsabiqənin məqsədi:
Azərbaycanda bioloji müxtəlifliyin qorunması, səmərəli istifadəsi və davamlı idarə olunması sahəsində gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi və innovativ tədqiqatlarının stimullaşdırılması və gələcək nəsillərə elmi əsaslarla ötürülməsi istiqamətində yeni yanaşmaların inkişaf etdirilməsi. Türk dünyasının ortaq təbii irsinin öyrənilməsi və qorunmasına dair elmi əməkdaşlığın təşviqi.
Müsabiqənin istiqamətləri:
• Bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi;
• Nadir və nəsli kəsilməkdə olan növlərin öyrənilməsi və qorunması;
• İqlim dəyişikliyinin bioloji müxtəlifliyə təsirinin öyrənilməsində müasir elmi yanaşmaların tətbiqi;
• Aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının öyrənilməsi və səmərəli istifadəsi;
• Bioloji müxtəliflik üzrə rəqəmsal texnologiyalar və GIS üsullarının tətbiqi;
• Biomüxtəlifliyin qorunması sahəsində ekoloji maarifləndirmə və beynəlxalq əməkdaşlıq.
Məqalələr “Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri” jurnalının qaydalarına uyğun olaraq tərtib edilməlidir. ( https://genresjournal.az/)
İştirak şərtləri
* Müsabiqədə gənc alimlər və doktorantlar iştirak edə bilərlər;
* Təqdim olunan məqalələr orijinal olmalı və daha əvvəl nəşr edilməməlidir;
* Məqalələr akademik üslubda və elmi tələblərə uyğun hazırlanmalıdır;
* Məqalələr Azərbaycan və ingilis dillərində qəbul edilir.
Qiymətləndirmə meyarları
* Mövzunun aktuallığı və elmi yeniliyi;
* Metodoloji yanaşmanın əsaslandırılması;
* Nəticələrin elmi-praktik əhəmiyyəti;
* Elmi dilin və məqalə strukturunun düzgünlüyü.
Mükafatlandırma
Müsabiqənin qalibləri diplomla təltif olunacaqlar. Seçilmiş məqalələr Genetik Ehtiyatlar İnstitutunun “Elmi Əsərlər” jurnalının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş xüsusi məcmuəsində nəşr ediləcəkdir.
Mühüm tarixlər
* Son müraciət tarixi: 01 sentyabr 2026-cı il
* Nəticələrin elan olunması: 15 sentyabr 2026-cı il
Əlaqə
Çap üçün məqalələr müəlliflər tərəfindən turk.qur.100@gmail.com
elektron poçtuna gondərilir.