XƏBƏRLƏR
13:50, 30.12.2025
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunmuşdur
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi kollektivi təbrik edərək onlara bayram mükafatı, hədiyyələr verilmişdir.
Eyni zamanda, İnstitutun Həmkarlar Komitəsi tərəfindən öhdəsində azyaşlı uşaqları olan əməkdaşlara Yeni il şənliyində iştirak etmək üçün biletlər, həmçinin maddi ehtiyacı olan işçilərə bayram münasibətilə “Bazarstore” marketlər şəbəkəsinin plastik kartları da təqdim olunmuşdur.
İşçilərin əhval-ruhiyyəsinin və sosial rifahının yaxşılaşmasına yönəlmiş bu tədbirlər kollektiv tərəfindən razılıqla qarşılanmışdır.