Adı, soyadı, atasının adı

 

Həsənova Aypara Baxşeyiş qızı

Təhsil aldığı müəsissə:

AMEA Genetik Ehtiyatlar İnstitutu

 

İxtisas:

2409.01 «Genetika»

 

Mövzu:

Xroniki mieloleykoz zamanı target terapiyanın monitorinqində və proqnozunda sitogenetik və molekulyar-genetik müayinələrin rolu 

 

Elmi rəhbər:

Tibb üzrə fəlsəfə doktoru, dosent Ç.Əsədov

 

Qəbul olduğu tarix:

 

 

Müdafiə etdiyi tarix:

2025 

 

Mövzunun annotasiyası:

İlk dəfə olaraq azərbaycanl XML pasiyentlərdə genom, xromosom, gen, tək nukleotid və restriksiya olunmuş fraqment uzunluğu polimorfizmi səviyyəsində baş verən mutasiyalar və polimorfizmlər kompleks şəkildə tədqiq edilmişdir. Azərbaycanlı XML pasiyent kohortunda ilk dəfə sitogenetik, FISH, PZR, pirosekvenləşdirmə və RFLP metodları tətbiq edilərək ƏXA-lar, gen mutasiyaları, ABL1 KD mutasiyaları, Sitoxrom P450 geninin CYP3A4*18 və CYP3A5*3 polimorfizmlərinin spektri və onların IM-ə verilən cavab səviyyələri, dərmana qarşı yaranan rezistentlikdə, xəstəliyin proqressivləşməsində və proqnozunda oynadığı rol, eləcə də rastgəlmə tezlikləri müəyyən edilmişdir. Bundan əlavə, müxtəlif vaxt intervalarında pasiyentlərin IM-ə verdiyi cavab səviyyələri ayrıca tədqiq edilmişdir. Eyni zamanda, XML pasiyent populyasiyasında diaqnozun qoyulmasında, target terapiyası zamanı birincili və ikincili rezistentliyin təyin edilməsində, terapiyanın monitorinqinin aparılmasında və xəstəliyin gedişinin proqnozlaşdırılmasında sitogenetik, molekulyar-sitogenetik və molekulyar-genetik müayinələrin əhəmiyyətinin kompleks qiymətləndirilməsi aparılmışdır.

 

Avtoreferat:

 

Yüklə

Elmi əsərləri: