XƏBƏRLƏR
17:46, 02.06.2023
Genetik Ehtiyatlar İnstitutu Qarabağ bölgəsində Tarla seminarı keçirib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Qarabağ Elmi-Tədqiqat Bazasında (QETB) 2023-cü il 02 iyun tarixində “Ərzaq təhlükəsizliyinin təmin olunmasında genetika və seleksiya tədqiqatlarının rolu” mövzusunda Tarla seminarı keçirilib.
Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən tədbirdə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məsul şəxsləri, GEİ rəhbərliyi və alimləri, digər aidiyyati qurumların alim və mütəxəssisləri iştirak edib.
Sözügedən seminar ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Tədbirdə mövzu ilə bağlı alim və mütəxəssislərin məruzələri dinlənilib. Həmçinin, GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov “Ərzaq təhlükəsizliyinin təmin olunmasında genetika və seleksiya tədqiqatlarının rolu” mövzusunda çıxış edib. GEİ-nin və onun struktur bölməsi olan QETB-nin ölkədə, habelə Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolu, genetika və seleksiya sahəsində müvafiq tədqiqatların aparılması, sınaq təcrübələrinin qoyulması, ərzaqlıq yeni məhsuldar taxıl sortlarının yaradılmasında fəaliyyətləri yüksək qiymətləndirilib.
Sonda seleksiya təcrübələri və yeni sortların toxumluq əkin sahələrinə baxış keçirilib.

 

 

FOTO>>>

 

© www.genres.az