STRUKTURŞöbələrDənli taxıl və paxlalı bitkilər

../../stream/index.php?cmd=im.thumb&path=%7B0%7D/xanbala-r.jpg&u=829861Struktur bölmənin rəhbəri   -

b.ü.f.d. Dos.XANBALA NƏRİMAN OĞLU RÜSTƏMOV 

E-mail:xanbala.rustamov@yandex.com

Tel.: 050 5626574

 


Xanbala Nəriman oğlu Rüstəmov 06 iyul 1963 cü ildə Naxçıvan MR, Şahbuz rayonu, Şahbuzkənd kəndində anadan olmuşdur. Şahbuzkənd orta məktəbini bitirdikdən sonra 1980-1985 ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. İnstitutu bitirdikdən sonra 1985–ci ildə təyinatla Elmi Əkinçilik Tədqiqat İnstitutunda böyük laborant və kiçik elmi işçi vəzifələrində işləmiş, 1987-ci ildə həmin institutun aspiranturasına qəbul olmuşdur. 1989-2000-ci illərdə ÜBGEİ (VİR) Dağıstan Təcrübə Stansiyasında buğdaların dünya genofondu üzrə tədqiqatlar aparmış, genofondun öyrənilmə metodlarını mənimsəmişdir. Əsas elmi fəaliyyəti buğda cinsinə daxil olan növlərin genofondunun öyrənilməsi və bərpası, həmçinin bərk buğdaların quraqlığa davamlılığının və məhsuldarlığının fizioloji əsaslarının öyrənilməsi və seleksiyası ilə bağlı olmuşdur 1995-ci ildə S. Peterburq – VİR-də dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-1999-cu illərdə Dərbənd şəhərində, «Юждаг» İnstitutunda kontrakt əsasında baş müəllim vəzifəsində işləmişdir.

X.N.Rüstəmov 2000-20010-cu illərdə AMEA Naxçıvan Regional Elm Mərkəzində və Naxçıvan Dövlət Universitetində böyük elmi işçi, laboratoriya müdiri, baş müəllim və dosent vəzifələrində işləmişdir. Naxçıvan MR-in yabanı və nadir buğda növlərinin yayılma arealları və bioekoloji xüsusiyyətlərinin tədqiqi, bölgədə ekoloji tarazlığın bərpası və mühafizəsi sahələrində elmi-tədqiqat işləri aparmışdır. AAK tərəfindən ona 2010-cu ildə “Botanika” kafedrası üzrə dosent elmi adı verilmişdir.

X.N.Rüstəmov 2010-cu ildən AMEA Genetk Ehtiyatlar İnstitutunun “Dənli-taxıl və paxlalı bitkilər” şöbəsində böyük və aparıcı elmi işçi vəzifələrində işləməklə “Azərbaycan mənşəli buğdaların toplanması, zənginləşdirilməsi, bərpası və öyrənilməsi” mövzusunda işləmişdir. Hazırda “Dənli-taxıl və paxlalı bitkilər” şəbəsinin müdiridir. Buğda cinsinə daxil olan növlərin genofondunun tədqiqi, buğdaların mühit amillərinə davamlılığının və məhsuldarlığının əsaslarının müqayisəli öyrənilməsi istiqamətlərində elmi-tədqiqat işləri aparmışdur. “Azərbaycanın buğda (Triticum L.) genofondunun zənginləşdirilməsi, növdaxili polimorfizminin tədqiqi və seleksiyada istifadəsi” mövzusunda doktorluk dissertasiya işini tamamlamaq üzrədir. Azərbaycan Respubliksının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2 illik qrant layihəsi (Qrant № EIF-2011-1(3)-82/52/3-M-69) çərçivəsində Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən T.aestivum L., T.compactum Host., T.durum Desf. növlərinə və növarası, spontan hibridlərə aid toplanılmış nümunələr AMEA GEİ Abşeron ETB, Əkinçilik Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər və Qobustan BTS-lərdə, suvarma və quraq dəmya şəraitlərində öyrənilmiş, biotik və abiotik faktorlara davamlı genotiplər, yeni növmüxtəlifliyi və formalar seçilərək pasportlaşdırıldıqdan sonra Milli Genbanka təhvil verilmişdir.

X.N.Rüstəmov 2010-cu ildən, həmçinin Əkinçilik ETİ “Bitkilərin seleksiyası” şöbəsində “Suvarma şəraiti üçün makaron sənayesinin tələblərinə cavab verən, biotik stres amillərinə davamlı, yüksək məhsuldar bərk buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusunda aparılan elmi-tədqiqat işinin icraçısıdır.

Mədəni bitkilərin genetik ehtiyatlarinin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ekspert şurasının “Prioritet fəaliyyət istiqamətində dənli taxil və paxlalı bitkilər” üzrə işçi qrupunun rəhbəridir. IWWIP - International Winter Wheat Improvement Program (CIMMYT-ICARDA-Turkey) və ECPGR (European Cooperative Programme for Plant Genetic Resources) beynəlxalq elmi qurumları ilə əməkdaşlıq edir.

Elmi-pedaqoji iş stajı 34 ildir. Elmi-pedaqoji fəaliyyəti ərzində 143 elmi əsəri, o cümlədən 2 metodik vəsait, 1 dərs vəsaiti və 1 monoqrafiya dərc edilmişdir. Onlardan 26 məqalə, 31 tezis və 1 monoqrafiya xaricdə nəşr olunmuşdur. 6 bərk buğda, 10 yumşaq buğda və 1 tritikale sortunun həmmüəllifidir. Onlardan Əsgəran yumşaq buğda, Maya, Zəngəzur və Korifey-88 bərk buğda sortları 2018-2020-ci illərdə rayonlaşdırılaraq patent verilmişdir.

 


 

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Şöbənin əsas fəaliyyət istiqaməti respublikamızda yayılmış dənli-taxıl və paxlalı bitkilərin genofondunun toplanması, introduksiya və hibridləşdirmə yolu ilə genofondun zənginləşdirilməsi, nümunələrin kəmiyyət əlamətlərinə görə analizi, məhsuldar formaların seçilməsi və onlardan seleksiyada istifadə etməklə məhsuldar sort və formaların əldə edilməsidir. Digər bir istiqamət dənli-taxıl və paxlalı bitkilərin biomorfoloji əlamətlər əsasında genetik müxtəlifliyinin tədqiqi və pasportlaşdırılaraq genbankda saxlanmasını təmin etməkdir. Laboratoriyada, həmçinin, bitkilərin kəmiyyət əlamətlərinin nəslə irsən keçmə xüsusiyyətlərinin və nümunələrin abiotik və biotik stres amillərə davamlılığının tarla şəraitində qiymətləndirilməsi və davamlılığın genetik xüsusiyyətlərinin tədqiq edərək yeni sortların yaradılması üçün elmi bazanın hazırlanması da fəaliyyət istiqamətinə daxil edilmişdir. Bununla yanaşı, Azərbaycanda yaradılmış dənli taxıl və paxlalı bitkilər üzrə yaradılmış sortların tarla muzeyinin yaradılması və onların hərtərəfli tədqiq edilərək daha məhsuldar va davamlı sortların yaradılması istiqamətində işləri gücləndirmək də şöbənin əsas vəzifələrindəndir. Həmçinin gələcəkdə yeni istiqamət kimi, marker əsaslı seleksiyadan istifadə edərək seleksiya prosesində zamanın qısaldılmasına nail olunması və bu istiqamətin həyata keçirilməsi üçün metodikaların hazırlanması nəzərdə tutulmuşdur.

Struktur bölmənin əsas elmi nəticələri: Son 5 ildə laboratoriyada aşağıdakı nəticələr əldə edilmişdir.

  1. Ekspedisiya və introduksiya yolu ilə 1200-ə yaxın dənli-taxıl, 400-dən artıq isə paxlalı bitkilər toplanmış, hərtərəfli tədqiq olunmuş və pasportlaşdırılaraq genbanka verilmişdir.
  2. Hibridoloji analizlər nəticəsində 115 nümunə yumşaq, 64 nümunə isə bərk buğda tipli sabit formalar seçilmiş və kolleksiyaya daxil edilmişdir. 
  3. Laboratoriya və tarla təcrübələrinin nəticələrinə əsasən, öyrənilən 53 diploid və tetraploid buğda nümunələri içərisindən quraqlıq və duzluluq streslərinə yüksək davamlı 14 buğda genotipi aşkar edilmişdir.
  4. Respublikamızın müxtəlif bölgələrindən T. dicoccum (Schrank) Schuebl., T. durum Desf., T. polonicum L., T.aestivum L., T. spelta L. və T. compactum Host. növlərinə aid 300 nümunə seçilərək Qobustan BTS və Abşeron ETB-da səpilmişdir. Toplanılmış nümunələrin əksəriyyəti Asiya növaltılarına mənsubdur. Onların arasında təsnifatda göstərilməyən növmüxtəlifliyi və formalara da rast gəlinir.
  1. İlkin molekulyar-genetik tədqiqatlar kimi, buğda və mərcimək kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə,  genetik müxtəliflik və genetik oxşarlıq dərəcəsi tədqiq olunmuşdur. Öyrənilən buğda və mərcimək sortlarının genetik yaxınlıq dərəcəsi, həmçinin mərcimək kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin (68%) olması təyin edilmişdir. 

 

 


  Aparıcı elmi işçi - a.ü.f.d., dos. Abdullayev Abidin Məhərrəməli oğlu 

  E-mail:

  Telefon:

 

 

 

 

 

 

 

 


 Aparıcı elmi işçi - b.ü.f.d., dos. Şıxəliyeva Kamilə Balabəy qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 


 

 Aparıcı elmi işçi - b.ü.f.d., dos. Əsədova Almaz İsrafil qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 


 

 

Böyük elmi işçi - Rzayeva Svetlana Petrovna

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

  Böyük elmi işçi - b.ü.f.d  Rəfiyeva Gülarə Qurbanəli qızı

  E-mail:

  Telefon:

 

 

 

 

 

 

 

 

 


 

Böyük elmi işçi - b.ü.f.d. Eldarova Cəmalə Məhəmməd qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


 Böyük elmi işçi - b.ü.f.d. Həsənova Səidə Qasım qızı.

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 

 


 

 

Böyük elmi işçi - b.ü.f.d. - Nuriyeva Sevinc Əsəd qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

 

Böyük elmi işçi Rəhimova Ofeliya Hüseyn qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

 Kiçik elmi işçi - Salmanova Məhbubə Rafiq qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 


 

 

 

 Kiçik elmi işçi - Qarayeva Şəfəq Faiz qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 


 

 

 Kiçik elmi işçi - Ramazanova Emiliya Əvəz qız

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 

 

 


 

Böyük laborant - Məmmədli Məhəmməd Elçin  


 

 

 Böyük laborant - Xəlilova Svetlana Taptıq qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 

 

 


 

 

 Böyük laborant - Əsgərova Gülşən Məmmədbağır qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 


  

 

 Böyük laborant - Bəxtiyarov Vidadi Nəriman oğlu

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 


 Böyük laborant - Osmanova Gülnaz Əsəd qızı.

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 

 


 Böyük laborant - Ramazanov Firuddin Fərrux oğlu

 E-mail:

 Telefon: 

 

 

 

 

 

 

 

 

 


 

 

Böyük laborant - Qasımova Tərgül Müzəffər qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


 

 

Laborant - Fərziyeva Fərqanə İmas qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


  

 Laborant - Qasımova Əntiqə Cəmil qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 

 

 


 

 Laborant - Ömərov Rahim Rahil oğlu

 E-mail:

 Telefon: