STRUKTURŞöbələrFizioloji Genetika


Prof. R.T.ƏliyevStruktur bölmənin rəhbəri:
 b.ü.e.d.  prof. Əliyev Ramiz Tağı oğlu

E-mail: aramiz@box.az 

Telefon: 

 

 

 

Əliyev Ramiz Tağı oğlu 1937-ci il dekabr ayının 25-də Göyçay rayonunun Potu kəndində anadan olmuşdur.Göyçayda orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Univerisitetinin (indiki BDU) biologiya fakultəsinə daxil olmuş, 1961-ci ildə oranı bitirmişdir.

1961-1963-cü illərdə Azərbaycan Dövlət Sortsınaq Müfəttişliyinin Göyçay Dövlət Sortsınaq məntəqəsində müdir müavini, eyni zamanda Göyçay rayon Çərəkə kənd orta məktəbində kimya-biologiya müəllimi işləmişdir.

1963-1971-ci illərdə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda kiçik elmi işçi, 1971-1981-ci illərdə böyük elmi işçi, 1981-2003-cü illərdə Fizioloji genetika laboratoriyasının müdiri, 2003-cü ildən hal hazıra kimi Bitki fiziologiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

1967-ci ildə biologiya elmləri namizədi, 1990-cı ildə isə biologiya elmləri doktoru elmi dərəcəsi almışam. 2012-ci ildə Genetika ixtisası üzrə professor elmi adı almışdır.

Əliyev 230-dan çox elmi əsərin, 4 monaqrafiya və 2 ixtiranın müəllifidir. 10 elmlər namizədi və ya fəlsəfə doktoru, 2 elmlər doktoru yetişdirmişdir. Onun dərc olunmuş məqalələrinə 200-dən çox istinad edilmişdir.

R.T.Əliyev, bitkilərdə nuklein turşularının öyrənilməsi istiqamətində çalışan ilk azərbaycanlı tədqiqatçılardan biridir. Əliyevin elmi istiqaməti, bitkilərin stres amillərə davamlılığı, heterozis hadisəsi və poliplodiya kimi maraqlı elmi-nəzəri problemlərin molekulyar-genetik əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Heterozis bitki hibridlərinin somatik  hüceyrələrində DNT-nin miqdarının artması faktı ilk dəfə onun tərəfindən aşkar edilmiş və bu ixtiraya görə müəlliflik şəhadətnaməsi almışdır. Əliyevin tədqiqatları ilə müəyyən edilmişdir ki, bitkilərin stres amillərə davamlılığı hüceyrə genetik sistemlərinin yenidən qurulması və bunun nəticəsində bəzi genlərin ekspresiyasının sürətlənməsi hesabına baş verir.

R.T. Əliyevin elmi nəticələri dünyanın bir çox aparıcı jurnallarda dərc edilmişdir. İlk nəşrlərdən bir 1972-ci ildə akademik N.P. Dubinin təqdimatı ilə “SSRİ EA-nın məruzələri” jurnalında dərc edilmiş və elmi ictimayyət arasında böyük rezanans yaratmışdır. Bu məqalədə ilk dəfə olaraq buğdalarda ploidik dərəcəsi ilə, bir hüceyrədə olan DNT miqdarı arasında əlaqənin nəzəri müddəalara uyğun gəlmədiyi, ploidik dərəcəsi ilə DNT miqdarı arasında birbaşa korellasiyanın olmadığı təcrübi şəkildə isbat edilmişdir. Əliyevin sonrakı tədqiqatları genetika elmində bu günə qədər tam həllini tapmamış heterozis hadisəsinin molekulyar-genetik əsaslarının öyrənilməsinə həsr edilmişdir. Əliyev tərəfindən ilk dəfə olaraq müəyyən edilmişdir ki, heterozis bitki hibridlərinin somatik hüceyrələrində valideyn formalara nisbətən DNT-nin miqdarı artıq olur. DNT-nin miqdarının arması onun kinetik fraksiyası olan aralıq DNT təkrarları hesabına baş verir. Sattelit və unikal DNT fraksiyasında önəmli dəyişmələr müşahidə edilməmişdir. Bitkilərdə genomun qeyri sabitliyi baxımından bu nəticənin böyük nəzəri əhəmiyyəti vardır və ona görə də bir çöx dünya alimlərinin diqqətini cəlb etmişdir. Əldə edilmiş bu nəticələr, növ daxilində DNT-nin sabitliyi nəzəriyyəsinin mükəmməl olmadığını, bəzi kənarlaşmaların mövcüd ola bildiyini göstərmişdir. Onlarla bitki hibridləri üzərində aparılmış təcrübələrlə sübut edilmiş bu fakt SSRİ kəşflər və ixtiralar komitəsinə yeni elmi kəşf kimi təqdim edilmiş və bu sahədə çalışan görkəmli alimlər tərəfindən dəstəklənməsinə və müsbət rəy verilməsinə baxmayaraq bu elmi yenilik kəşf kimi deyil yalnız ixtira kimi qəbul edilmiş və müəlliflik şəhadətnaməsi alınmışdır. Bu ixtira hibridlərdə heterozisi qabaqcadan təyin etmək imkanı verən effektli üsul olub, seleksiya prosesinin xeyli intensivləşməsinə yardım edir.

R.T.Əliyev1993-2003-cü illər arası Türkiyə Universitetlərində - Qaradəniz Texnik Universiteti və Erciyes Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.  Genetika, Molekulyar genetika, Genomun quruluş və funksiyası, Gen mühəndisliyi və başqa fənlərdən dərslər vermiş, 60-dan çox diplom işinin rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə 6 yüksək lisans tələbəsi tədqiqat işləri aparmış, dissertasiya yazaraq müdafiə etmişlər. Əliyev Türkiyədə işlədiyi müddətdə 10-dan artıq elmi konfransda məruzə ilə iştirak etmiş, 30-dan çox elmi məqalə dərc etdirmişdir.

Son illərdə Əliyevin elmi istiqaməti bitkilərin abiotik stres amillərə davamlılığı və tolerantlığın molekulyar-genetik əsaslarının öyrənilməsinə həsr edilmişdir. Stres amillərə həssas bitki nümunələrində isə əksinə, stresinin təsirindən RNT və DNT-nin deqradasiyası baş verir, genomun ekspressiya intensivliyi azalır, hüceyrə orqanoidlərində parçalanmalar baş verir, bütün bunların nəticələri olaraq bitkilər zəifləyir və ya tamamilə məhv olurlar.

Stres amillərin təsirindən hüceyrə genetik sistemlərində baş verən dəyişmələrin aradan qaldırılması və stresdən zərər görmüş bitkilərin bərpa yollarının öyrənilməsi istiqamətində də xeyli tədqiqat işləri aparılmışdır. Bu işlərin nəticələri, stresdən zərər çəkmiş geniş ərazilərdə tətbiq edilərsə böyük iqtisadi səmərə əldə oluna bilər.  

1993-1997-ci illərdə Azərbaycan EA Genetika və Seleksiya institutu nəznində D004.20.01 saylı Dissertasiya Şurasının sədri, 2003-2016-cı illərdə AMEA Botanika institutu nəzdində D.01.061 saylı Dissertasiya Şurasının üzvü, hazırda isə AMEA Genetik Ehtiyyatlar institutu nəzdində FD.01.261 saylı Dissertasiya Şurasının üzvüdür.

2015-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş, AMEA Rəyasət heyyətinin və Respublika “Bilik” cəmiyyətinin fəxri fərmanlarını almışdır.

 

Dərc olunmuş məqalələri >>> 

 


 

 Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

 

 Kənd təsərrüfatı bitkiləri və onların yabanı formalarının abiotik stres amillərə davamlılığı və tolerantlığın fizioloji-genetik əsaslarının öyrənilməsi

 

Struktur bölmənin əsas elmi nəticələri

 

Laboratoriya diaqnostik metodlarından istifadə edilməklə 500-dən çox kənd təssərüfatı bitki nümunələrinin quraqlıq və duzluluq streslərinə davamlılıq dərəcələri təyin edilmiş və seleksiya proqramları üçün təkliflər verilmişdir.

Müəyyən edilmişdir ki, stres amillər, bitki hüceyrəsi genetik sistemlərində ciddi struktur və funksional dəyişmələrə səbəb olur. Davamlı bitki nümunələrində genomun aktiv hissəsi olan euxromatin DNT-sinin miqdarı artır və müvafiq olaraq RNT sintezi də intensivləşir. Bu da hüceyrə genetik aparatının  fizioloji labilliyinin və funksional fəallığının yüksəldiyini göstərir.  Həssas nümunələrdə isə əksinə, sintezin təsirindən nuklein turşularının deqradasiyası baş verir. Stresdən sonra Hib+Kin fitohormon kompleksi tətbiq edildikdə həm davamlı, həm də həssas bitki nümunələri genomunda kəskin aktivləşmə prosesi müşahidə edilir.  Bütün bunlar stres amillərin və fitohormonların təsir mexanizminin genomun quruluş vəziyyəti və funksional fəallığın dəyişilməsi ilə əlaqədar olduğunu göstərir.

Tədqiqatlarla sübut edilmişdir ki, bitkilərin stres amillərə davamlılığında nüvə genetik sistemi ilə yanaşı mitoxondri və xloroplast genetik sistemlərinin də önəmli rolu vardır. Davamlı genotiplərdə mitoxondri və xloroplastlarda gen ekspresiyasının yüksəldiyi müşahidə edilmişdir ki, bu da orqanoidlərin funksional fəallığının artmasına və hüceyrənin enerji təminatının yaxşılasmasına kömək edir.

Stres amillər bitki yarpaqlarında xlorofil sintezinin depresiyasına səbəb olur ki, bu da fotosintez intensivliyinin dəyişməsində özünü bürüzə verir. Stres təsirindən xlorofil (a+b)-nin miqdarının azalması, əsasən xlorofil a-nın hesabına baş verir, xlorofil b-nin miqdarında isə ciddi dəyişmələr müşahidə edilmir.

Qarşıdakı illərdə bitki davamlığının molekulyar-genetik əsaslarının öyrənilməsi, ayrı-ayrı genlərin və ya gen bloklarının aşkar edilməsi və onların identifikasiyası istiqamətində işlərin aparılması nəzərdə tutulur.

  


Baş elmi işçi - b.ü.e.d.Məmmədova Afət Dadaş Şaraplı qızı 

E-mail: afet.m@mail.ru

Telefon:

 

 

 

 

 

 

 

 


  

Aparıcı elmi işçi - b.ü.f.d., dos. İbrahimova Ziyadə Şərif qızı

E-mail: ziyade.ibrahimova@gmail.com

Telefon:

 

 

 

 

 

  

 


 

 

Aparıcı elmi işçi - b.ü.f.d. Hüseynova Təravət Nəriman qızı

E-mail: htaravat@mail.ru

Telefon:

 

 

 

 

 

 

 


 

 

Aparıcı elmi işçi - b.ü.f.d., dos. Abışova Xəyal Şahbala qızı

E-mail: abishova.xayala@mail.ru

Telefon:

 

 

 

 

 

 

 


 

 

Aparıcı elmi işçi - b.ü.f.d., dos. Mikayılova Rəna Tofiq qızı

E-mail: mikailova.71@mail.ru

Telefon:

 

 

 

 

 

 

 


 

 

Aparıcı elmi işçi - b.ü.f.d. Məcidova Gülarə Seyidağa qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


 

 

Elmi işçi - Abdullayeva Lalə Sabir qızı

E-mail: abdullayevalala76@mail.ru 

Telefon:

 

 

 

 

 

  

 


 Elmi işçi - Kərimova Fərqanə Rafiq q.

 E-mail: ferqane.rafiq@gmail.com

Telefon:

 

 

 

 

 

 

 


Kiçik elmi işçi: Məsimzadə Lalə Mehman qızı

 

 

 

 

 

 

 

 

 


 

Böyük laborant - Nəzərova Xalidə Məhər qızı

E-mail:

Telefon: