RƏHBƏRLİKİcraçı direktor

MEHRAC ƏLİ OĞLU ABBASOV

 

Elmi işlər üzrə
Biologiya elmləri doktoru
Tel.: (994 12) 562-98-05

E-mail: mehraj.abbasov@genres.science.az

           mehraj_genetic@yahoo.com 

 

 

Abbasov Mehrac Əli oğlu 1980-ci ildə Ermənistan respublikası Vardenis (Basarkeçər) rayonunun Göysu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında bakalavr (2001) və magistraturanı (fərqlənmə) bitirmiş (2003), AMEA Genetik Ehtiyatlar İnstitutunun aspiranturasında təhsil almışdır (2004-2007).

M.Abbasov 2003-cü ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi işçi, elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmiş, 2013-cü ilin əvvəlindən ETN Genetik Ehtiyatlar İnstitutunun icraçı direktor vəzifəsində çalışır. Molekulyar genetika ve genomika şöbəsinin müdiridir. Biologiya üzrə fəlsəfə doktoru (2009), biologiya elmləri doktoru (2022), dosentdir (2012).

M.Abbasov “Diploid və tetraploid buğda genotiplərinin quraqlıq və duzluluq streslərinə davamlılığı və tolerantlığın fizioloji-genetik əsasları” mövzusunda tədqiqat işini uğurla yekunlaşdırmış, 2006-cı ildə İranda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış etmiş və  onun məruzəsi konfransın qızıl medalına layiq görülmüşdür. M.Abbasov Beynəlxalq Biomüxtəliflik təşkilatının Vavilov Frankel (2007), Avropa Komissiyasının Erasmus Mundus (2009),  Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamentinin Norman Borlauq (2011), Avropa Komissiyasının Marie Curie adına Beynəlxalq Tədqiqatçı Mübadiləsi (2011), ABŞ səfirliyinin Fulbright (2016) proqramlarının qalibi və iştirakçısı olmuş, ümumilikdə 24 ay müddətində ABŞ, Yunanıstan, Fransa və Türkiyənin müxtəlif universitet və tədqiqat mərkəzlərində molekulyar genetika, genomika və biotexnologiyanın ən müasir istiqamətləri üzrə elmi metodları mənimsəmiş və tədqiqt işi aparmışdır. M.Abbasov 2013-2018-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda elmlər doktoru hazırlığı üzrə təhsilini davam etdirmiş, “Buğda (Triticum L.), arpa (Hordeum L.) və onların yabanı əcdadlarının sekvens əsasında genotipləşdirilməsi və stres amillərə davamlılıq genlərinin skrininqi” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır.

M.Abbasovun aktiv iştirakı ilə Genetik Ehtiyatlar İnstitutunda Biotexnologiya və Təhsil şöbələri, həmçinin İnsan genetikası, Beynəlxalq Kompüter genomikası laboratoriyaları yaradılmış və çox sayda yüksək ixtisaslı kadrlar hazırlanmışdır. M.Abbasov AMEA-nın məqsədli elmi tədqiqat proqramı çərçivəsində, ilk dəfə olaraq dünyada “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunması və transkriptom analizinin həyata keçirilməsində xüsusi aktivlik göstərmişdir.

M.Abbasov 140 elmi əsərin (35-i impakt faktorlu jurnallarda), o cümlədən 2 kitab və 7 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun beynəlxalq elmi əsərlərinə 330-dan çox istinad edilmiş və həmmüəllifi olduğu 7 bitki sortu rayonlaşdırılaraq patentləşdirilmişdir.

M.Abbasovun elmi rəhbərli ilə Genetik Ehtiyatlar İnstitutunda, Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində 14 magistrant hazırlanmışdır. O, hal-hazırda 3 fəlsəfə doktorunun və 2 magistrin elmi rəhbəridir.

M.Abbasov ETN Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının üzvü (2009), genetik modifikasiya olunmuş bitkilər üzrə Ekspert Şurasının sədri (2012), FAO-nun GMO üzrə milli əlaqələndiricisi (2013), UNDP-nin aqrobiomüxtəliflik üzrə eksperti (2017),  Molekulyar biologiya, biomühəndislik və biotibb üzrə Elmi Şuranın üzvü (2019) və ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.26 nömrəli Dissertasiya Şurasının üzvüdür (2020).  

M.Abbasov “Turkish Journal of Agriculture and Forestry” junralının (İF-1.526) redaksiya heyətinin üzvü, ETN Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin Baş redaktorunun müavinidir.

M.Abbasov əldə etdiyi elmi nailiyyətlərə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər Mükafatı” ilə təltif olunmuş (2008) və AMEA-nın Aqrar Elmlər Bölməsinin Fəxri fərmanına layiq görülmüşdür.