RƏHBƏRLİKElmi Katib


../../stream/index.php?cmd=im.thumb&path=%7B0%7D/Natavan.jpg&u=110931Biologiya  üzrə fəlsəfə doktoru

NATAVAN SABİR qızı KƏLƏNTƏROVA

 

 E-mail: natavan.kalantarova@genres.science.az

             kalantarovanatavan@gmail.com

 

Tel.: (+994 12) 562 9928 (iş);  105-(daxili)

 

    

 

 


 

Kələntərova Natavan Sabir qızı 1978-ci ildə Şəki şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetində bakalavr (1999) və magistraturanı (fərqlənmə) bitirmiş (2001), AMEA Genetik Ehtiyatlar İnstitutunun aspiranturasında təhsil almışdır (2004-2007).

N.Kələntərova 2002-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmiş, 2019-cü ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda Mərkəzi Məlumat Bazası qrupunun rəhbəridir. 2020-ci ilin əvvəlində İnstitutun elmi katibi vəzifəsinə təyin edilmişdir. Biologiya üzrə fəlsəfə doktorudur (2013).

N.Kələntərova tərəfindən, ilk dəfə olaraq tut (Morus L.) bitkisinin poliploid sırası genomlarında “poliploid atım” adlanan artıq genetik materialın eliminasiyasının baş verdiyi poliploid səviyyəsi aşkar edilmişdir. Tutun poliploid sırası bitkilərinə su və duz streslərinin təsiri genetik sistemin, xüsusilə RNT-nin, DNT-nin miqdarı və DNT-nin fraksiya tərkibində əhəmiyyətli dəyişikliklərə gətirib çıxardığı müəyyən edilmişdir. Aparılan tədqiqatlar nəticəsində, ilk dəfə olaraq tutun poliploid sırası bitkilərində lipidlərin peroksidləşməsindəki dəyişikliklərin xüsusiyyətləri də aşkar edilmişdir.

N.Kələntərovanın gərgin fəaliyyəti ilə qısa müddət ərzində Milli Genbankın Mərkəzi Məlumat Bazasında olan 208 bitkinin takson adları və müvafiq məlumatları beynəlxalq nomenklaturaya uyğunlaşdırılmış və bazanın yenilənmiş variantı EURİSCO kataloquna yüklənmişdir. Bu variantda 525 nümunə on-line sistemə ilk dəfə daxil edilmişdir. Bundan başqa, Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Müqaviləyə uyğun olaraq Çoxtərəfli Giriş və Mənfəət Paylaşma Sisteminin istifadəçilərinə kömək etmək üçün hazırlanmış məlumat sistemində (Easy-SMTA) İnstitutun qeydiyyatı həyata keçirilmişdir. Qeydiyyatdan keçdikdən sonra EURİSCO vasitəsi ilə GLİS (Global Informasiya Sistemi) sisteminə qoşulub 8387 nümunə üçün DOİ  (obyektin rəqəmsal identifikatoru) alınmış və EURİSCO-nun online bazasına 10 (Triticum, Hordeum, Cicer, Lathyrus, Zea, Phaseolus, Secale, Triticosecale, Vicia, Vigna) bitki cinsinə aid olan səciyyələndirmə bazalarının məlumatları yüklənmişdir. Biomüxtəlifliyin effektiv idarə olunması, etibarlı mühafizəsi və səmərəli istifadəsi üçün genefond nümunələri haqqında tədqiqat məlumatlarını, onların elmi təsvirini əhatə edən informasiya sistemlərinin yaradılması müasir dövrün ən mühüm elmi problemlərindən biridir. Mərkəzi Məlumat Bazası qrupu tərəfindən qeyd olunan  problemin həlli üçün bir sıra bitkilər üzrə səciyyələndirmə və qiymətləndirmə məlumat bazaları təkmilləşdirilir və yeniləri yaradılır. Bitki nümunələri üzərində bu günə kimi aparılmış tədqiqatlardan alınmış məlumatların vahid məkanda toplanması, səmərəli təşkili və əlçatanlığının təmin edilməsi onların təkrar öyrənilməsinə ehtiyacı aradan qaldırmaqla vaxta, işçi qüvvəsinə və vəsaitə qənaət etməyə imkan verəcəkdir.

N.Kələntərova AMEA-da elmi jurnalların “Web of Science” bazasına daxil edilməsi, tədqiqatçıların elmmetrik bazalar və akademik sosial şəbəkələrdə qeydiyyatı üzrə keçirilən bütün kursların iştirakçısı olmuş və İnstitut üzrə məsul şəxs təyin edilmişdir. Onun fəaliyyəti nəticəsində İnstitutun elmi əsərlərində çıxan məqalələrin keyfiyyəti yüksəlmiş, İnstitutun bütün elmi işçilərinin akademik bazalarda qeydiyyatı yekunlaşmışdır. Onun məsul elmi katibliyi ilə 2018-2019-cu illərdə İnstitutun elmi əsərlərinin 3 nömrəsi çap olunmuşdur.

N.Kələntərova 2019-cu ildən başlayaraq AMEA Genetik Ehtiyatlar İnstitutunda və Bakı Dövlət Universitetində tədris fəaliyyəti ilə də məşğul olur.

N. Kələntərova 2019-cu ildə elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuşdur və “Müxtəlif ploidli tut (Morus L.) sort və formalarının tək nukleotid polimorfizmi əsasında genotipləşdirilməsi və spesifik mutasiyaların identifikasiyası” mövzusu üzrə tədqiqat işini davam etdirir. Apardığı elmi tədqiqat işlərinə aid 21 elmi əsəri dərc olunmuşdur.