RƏHBƏRLİK►Baş direktor


../../stream/index.php?cmd=im.thumb&path=%7B0%7D/Natavan.jpg&u=110931Biologiya üzrə fəlsəfə doktoru

Nigar İldırım qızı Kərimova

(həvalə olunub)

 

E-mail:

 

Tel.: (+994 12) 5628625 (iş); 100 (daxili)

 

    

 

 

 

 

 

 


Nigar Kərimova ali təhsilini 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində almışdır. Bakalavr təhsilini başa vurduqdan sonra təhsilini xaricdə davam etdirmiş və 2015-2016-cı illərdə Birləşmiş Krallığın Aberdin Universitetində genetika ixtisası üzrə magistr dərəcəsi almışdır. 2017-ci ildə Genetik Ehtiyatlar İnstitutunun doktoranturasına qəbul olunmuşdur. 2023-cü ildə "Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 2016-cı ilin oktyabrında AMEA Genetik Ehtiyatlar İnstitutunun (hazırda Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu) Biotexnologiya şöbəsinin İnsan genetikası laboratoriyasında kiçik elmi işçi kimi başlamışdır. Elmi fəaliyyətə başladığı ilk ildən pedaqoji işlə də məşğul olmuşdur. 2016-2017-ci illərdə Bakı Dövlət Universitetinin Biokimya kafedrasında immunologiya üzrə seminar məşğələləri aparmışdır. 2017-ci ilin yanvarından etibarən laboratoriyada elmi işçi vəzifəsində çalışmışdır. 2017-2018-ci illərdə Genetik Ehtiyatlar İnstitutunda üç fənni tədris etmiş və onların sillabuslarını hazırlamışdır: "İnsan genetikasının müasir problemləri", "İnsan genetikasının tarixi və metodologiyası" və "İrsi xəstəliklərin molekulyar-genetik əsasları". 2018-2019-cu illərdə isə Bakı Dövlət Universitetinin Genetika və Təkamül Təlimi kafedrasında "Fərdi inkişafın biologiyası" fənnini ingilis dilində tədris etmişdir.

İnstitutda keçən səkkiz il ərzində Azərbaycan populyasiyasında hemoqlobinopatiyaların, kolorektal xərçəngin və xroniki mieloid leykozun molekulyar-genetik tədqiqatlarını aparmışdır. Beta-talassemiyaya səbəb olan mutasiyaların öyrənilməsinə həsr olunmuş qrant layihəsinin hazırlanmasında və icrasında da iştirak etmişdir. Dissertasiya işinin eksperimental hissəsini yerinə yetirmək məqsədilə 2019-2020-ci illərdə Ege Universitetinin Tibbi biologiya kafedrasına (İzmir, Türkiyə) ezam olunmuşdur. İnstitutdakı fəaliyyəti 2024-cü ilin dekabrınadək davam etmişdir.

Elmi təcrübəsini klinik sahədə də tətbiq etmişdir. 2024-cü ilin sentyabrından 2025-ci ilin fevralınadək İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq vəzifəsində çalışmışdır. Bu müddətdə xərçəng xəstələrində yeni nəsil sekvensləmə məlumatlarının interpretasiyası və fərdiləşdirilmiş müalicə üçün molekulyar markerlərin müəyyənləşdirilməsi ilə məşğul olmuşdur.

15 məqalə və 3 konfrans tezisi daxil olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir. Azərbaycanda, Türkiyədə və Niderlandda keçirilmiş beynəlxalq elmi konfrans və konqreslərin iştirakçısı olmuşdur.