XƏBƏRLƏR
18:09, 01.06.2023
Türkiyə Respublikasının “ZB AQRO TECH” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ) və Türkiyə Respublikasının “ZB AQRO TECH” şirkəti arasında 2023-cü il 01 iyun tarixində birgə elmi praktiki fəaliyyətə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən GEİ-nin Ağdaş Elmi-Tədqiqat Bazası və Salyan və Zərdab Özəl Toxumçuluq Təsərrüfatları bazalarının təcrübə sahələrində yeni pambıq sortlarına dair sınaq təcrübələrinin sort sınağı metodikasına uyğun aparılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulub.

 

FOTO>>>

 

© www.genres.az