XƏBƏRLƏR
18:37, 30.05.2023
Ümummilli lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyuinin Genetik ehtiyatlar institutunun(GEİ) baş direktoru Zeynal Əkpərovun yanında 2023-cü il 30 may tarixində Elmi şura üzvlərinin iştirak etdiyi növbəti toplantı keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı GEİ-də aparılmış silsilə tədbirlərin davamı olaraq “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi: nailiyyətlər və perspektivlər” mövzusunda respublika konfransının və “Ərzaq təhlükəsizliyinin təmin olunmasında genetika və seleksiya tədqiqatları” mövzusunda Tərtər rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqar Bazasında Tarla seminarının keçirilməsi ilə bağlı hazırlıq işləri müzakirə olunub və aidiyyatı məsul şəxslərə müvafiq göstərişlər verilib. Bununla belə, “AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun 70 illik yubileyi haqqında” AMEA Rəyasət Heyətinin 2022-ci il 7 oktyabr tarixli 19/3 nömrəli Qərarına əsasən alimin biblioqrafik göstəricilərinə dair, əksər materialları üç dildə (Azərbaycan, rus və ingilis) xronoloji ardıcıllıqla verilən kitabı nəfis tərtibatla 2023-cü ilin may ayında nəşrolunub. Respublikada və beynəxlaq elmi ictimaiyyətdə özünəməxsus elmi nailiyyətləri ilə tanınmış azərbaycanlı alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, aqrar elmlər doktoru, professor Zeynal Əkpərovun həyatı və elmi, elmi-təşkilati və ictimai, habelə kadr hazırlığındakı fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının xoş təəssüratlarından sonra müəllif öz minnətdarlığını bildirib və toplantının hər bir iştirakçısına biblioqrafik kitabını təqdim edib.

 

 

FOTO>>>

 

© www.genres.az