XƏBƏRLƏR
21:12, 10.03.2023
ETN Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininin (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi Şurasının 2023-cü il 10 mart tarixində növbəti genişləndirilmiş iclası keçirilib. İclasda GEİ-nin Fizioloji genetika, İmmunogenetika, Biokimyəvi genetika və texnologiya, Molekulyar sitogenetika, Molekulyar genetika və genomika, Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbələrinin 2023-cü il üçün elmi-tədqiqat işlərinin əhatəli Proqram və fərdi iş planlarının, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin İş planının müzakirəsi aparılıb. İclas, icraçıların və elmi şura üzvlərinin aktiv iştirakı və tövsiyələri şəraitində keçib. Bununla da, GEİ-nin müvafiq struktur bölmələrinin 2023-cü il üçün elmi-tədqiqat işlərinin əhatəli Proqram və fərdi iş planlarının müzakirəsi başa çatıb və təsdiq edilib. Öz elmi fəaliyyətini, uğurlarını 2023-ci ildə Heydər Əliyevin 100 illik yubileyinə ərməğan edən GEİ-nin elmi tədqiqatçılarına bu yolda müvəffəqiyyətlər arzulayırıq.

 

FOTO>>>

 

© www.genres.az