XƏBƏRLƏR
10:39, 24.09.2022
Şuşa ilinə həsr olunan Beynəlxalq konfrans başa çatmışdır.

Şuşa ilinə həsr olunan “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans 22-23 sentyabr tarixində davam etmişdir. Müxtəlif elmi fəaliyyət sahələrini əhatə edən maraqlı tezislər iki gün ərzində ayrı-ayrı seksiyalarda 12 iclasda təqdim olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərovun təqdimatı 22 sentyabr tarixində “Qarabağ bölgəsi üçün yeni buğda sortlarının yaradılması və ərzaq təhlükəsizliyinin təminatı“ mövzusunda olmuşdur. İddiaçı öz təqdimatında bölgə üçün yeni buğda sortlarının yaradılması istiqamətində görülmüş işləri,nailiyyətləri, aparılmış elmi tədqiqatları, əldə olunmuş nəticələri və GEİ-nin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ elmi tədqiqat bazasının problemləri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. Konfrans 23 sentyabr tarixində öz işini başa çatdırmışdır.

 

https://science.gov.az/az/news/open/22080

https://science.gov.az/az/news/open/22100

 

FOTO>>>

 

© www.genres.az