XƏBƏRLƏR
22:45, 23.05.2022
Pakistan Molekulyar Biologiyada Mükəmməllik Mərkəzinin ekspertləri və İslam İnkişaf Bankının nümayəndələri AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuşlar

Pakistan Molekulyar Biologiyada Mükəmməllik Mərkəzinin(PMBMM) ekspertləri və İslam İnkişaf Bankının(İİB) nümayəndələrinin AMEA Genetik Ehtiyatlar İnstitutuna 23.05.2022-ci il tarixdən 5 günlük səfəri başlamışdır.Səfərin məqsədi GEİ-nin Pakistandakı həmkarlarla Pambıq bitkisində genom redaktəsi üzrə 2019-cu ildə birgə tərtib olunan layihənin təqdimatı üçün diaqnostik missiyadır. Qonaqlar 2022-ci il 23 may tarixində İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşmüşlər.Zeynal Əkpərov institutun fəaliyyət istiqamətləti, institutda pambıqçılığın inkişafı istiqamətində tədqiqatların aparılması ilə bağlı məlumat vermiş və bu sahədə uğurlu nəticələrin də əldə edildiyi bildirmişdir. Daha sonra PMBMM-nin ekspertləri: Pəncab Universiteti, PMBMM-nin direktoru Dr Tayyab Husnain, Mərkəzin seleksiyaçı mütəxəssisi Dr İdrees Ahmad, Genom redaktəsi üzrə mütəxəssis Dr Abdul Qayyum Rao və İİB-in nümayəndələri: bölgə üzrə koordinatoru Ahmad Faruk Diken, Mərkəzi Asiya uzrə koordinatoru Kokorcan Aminov (Tacikistan) və Azərbaycan ofisinin nümayndəsi Lalə Yusifova 5 günlük səfər müddətində görüləcək işlər barədə məlumat vermişlər. Tədbir institutun akt zalında dəyirmi masa ətrafında davam etdirilmiş və təqdimatlar dinlənilmişdir. Pakistanın Pəncab Lahor Universitetinin MBMM-də Bitki Biotexnologiyası Bölməsinin professoru və rəhbəri Dr.Abdul Qayyum Raonun “Genomun redaktəsi və mühüm məhsul xüsusiyyətlərinin yaxşılaşdırılması üçün transgenik yanaşmalar” mövzusunda təqdimatı dinlənilmiş və çoxsaylı suallar cavablandırılmışdır. Daha sonra institutun Texniki və yem bitkiləri şöbəsinin müdiri b.ü.f.d. Ruhangiz Məmmədovanın “AMEA GEİ-nin pambıq kolleksiya nümunələri və seleksiya nailiyyətləri” mövzusunda təqdimatı dinlənilmişdir.Günün ikinci yarısında qonaqlar institutun aidiyattı şöbələrinin və laboratoriyalarının fəaliyyətləri ilə yaxından tanış olmuşlar. Azərbaycana səfər edən ekspertlər ilkin qiymətləndirmə apardıqdan sonra İslam İnkişaf Bankına öz rəylərini təqdim edəcəklər.

 

FOTO>>>

 

© www.genres.az