ELANLAR
14:41, 08.09.2017
Davamlı İnkişaf üzrə Beynəlxalq Elmi Konfrans - 2017

24-25 Noyabr, 2017-ci il tarixində Bakıda baş tutacaq “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfransa Sizi dəvət etməkdən məmnunluq hissi duyuruq. 2 gün ərzində tədbir iştirakçıları Davamli İnki- şaf Məqsədlərlə bağlı yaranan çətinliklər ətrafında müzakirələri aparmaq, müxtəlif sahələrdən olan mütəxəssisləri dinləmək, ideyaları,təcrübələri və gözləntiləri bölüşmək üçün görüşəcəkdir.Bu müzakirələr zamanı bilik, elmi inkişafın , yerli və qlobal arenaların qarşılıqlı münasibətlərinin yaranmasına xüsusi diqqət yetiriləcəkdir.

Konfrans mövzuları

Konfrans proqramı çərçivəsində aşağıdakı mövzular üzrə məqalə qəbulu elan edirik:

• Fundamental Davamlı İnkişaf Məqsədləri Araş- dırmasının rolu,

• BMT-nin Qlobal Saziş layihəsinin çoxsəviyyəli strategiyası və Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsinə dəstək olmaq üçün biznes bilinci və fəaliyyətininin sürətləndirilməsi,

• Hüquqi çərçivədə Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstəyin göstərilməsi,

• Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı,

• Səyahət,turizm və qonaqpərvərlik təcrübələrinin Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması,

• Elmi bilik və informasiyanın paylaşılması,

• Davamlı inkişaf üçün innovasiya və texnologiyanın rolu,

• İnsanın əsas ehtiyacları ilə bağlı elmi araşdırmalar,

• Davamlı İnkişaf Məqsədlərində İnformasiya Kommunikasiya Texnologiyalarının rolu,

• Elm, ətraf mühit və davamlı inkişaf,

• Davamlı İnkişaf üçün Sağlamlıq Araşdırmaları,

• Elm və Texnologiya,

• Elm və Təhsil,

• Davamlı İnkişaf Məqsədləri və Ali təhsil müəssisələrinin rolu,

• Sülh və münaqişələrin həlli üçün elm,

• Davamlı İnkişaf Məqsədlərinə İstiqamət :Gender Sxemi,Tədqiqat və Təcrübə.

• Sosial tələblər və insan ləyaqəti,

• 2030-cu ilə qədər bütün insanların həyatını də- yişmək üçün sosial müdafiə,

• Etik məsələlər,

• Elmdə iştirakın genişləndirilməsi,

• Müasir elm və digər bilik sistemləri

 

Əlaqə: Konfransın təşkilatçılığı ilə bağlı hər hansı bir sualınız olarsa, çəkinmədən müraciət edə bilərsiniz.

Xəyalə Məmmədova Təşkilat Komitəsinin rəhbəri

E-mail: 2017sdgs@gmail.com

 

 

Daha ətraflı məlumat üçün >>> BROSHUR.AZ yüklə