XƏBƏRLƏR
16:30, 28.09.2026
Genetik Ehtiyatlar İnstitutunda seminar keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Əlizadə Şadər Aydın oğlunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
İddiaçı “Genetika” ixtisası üzrə “Pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar-genetik tədqiqi” mövzusunda dissertasiya işini seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab edilmişdir.