14:46, 24.04.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda elmi ekskursiyada iştirak etmişlər.
AR ETN-nin Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya ixtisası üzrə təhsil alan tələbələri üçün elmi ekskursiya təşkil olunmuşdur. 24 aprel 2026-cı il tarixində keçirilən ekskursiyanın əsas məqsədi tələbələrin institutun şöbə və laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqlar və təcrübə sahələri ilə yaxından tanış olmaları olmuşdur.
Ekskursiya çərçivəsində tələbələr institutun müxtəlif elmi bölmələrində həyata keçirilən tədqiqat prosesləri ilə tanış olmuş, laborator mühitdə istifadə olunan cihaz və avadanlıqlar barədə ətraflı məlumat əldə etmişlər. Onlara elmi tədqiqatların təşkili, metodoloji yanaşmalar və əldə olunan nəticələrin praktik əhəmiyyəti izah edilmişdir.
Bununla yanaşı, tələbələrə Milli Genbankda mühafizə olunan bitki genetik ehtiyatlarının toplanması, qorunması və səmərəli istifadəsi istiqamətində aparılan işlər barədə geniş məlumat verilmişdir.