XƏBƏRLƏR
14:18, 24.02.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı növbəti məlumatlandırıcı tədbir təşkil olunub.
İnstitut rəhbərliyi tərəfindən bildirilib ki, 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 şəhərsalma, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri kimi qlobal məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır və forumun ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Qeyd olunub ki, şəhərsalma və davamlı inkişaf məsələləri ekoloji tarazlıq, biomüxtəliflik, genetik ehtiyatların qorunması və dayanıqlı idarə olunması kimi istiqamətləri də əhatə edir və bu baxımdan institutun elmi potensialı və tədqiqat istiqamətləri forumun gündəliyi ilə sıx əlaqəlidir.
Tədbir çərçivəsində forum haqqında videoçarx nümayiş etdirilib.
Videoçarx Ümumdünya Şəhərsalma Forumunun məqsəd və prioritetlərinin elmi ictimaiyyətə çatdırılması, eləcə də Azərbaycanın bu mötəbər beynəlxalq tədbirdə rolunun təbliği baxımından əhəmiyyətli olub.