Adı, soyadı, atasının adı

 

Abbasov Mehrac Əli oğlu

Təhsil aldığı müəsissə:

AMEA Genetik Ehtiyatlar İnstitutu

 

İxtisas:

2409.01 «Genetika»

 

Mövzu:

Buğda (TRITICUM L.), arpa (HORDEUM L.) və onların yabanı əcdadlarının sekvens əsasında genotipləşdirilməsi və stres amillərə davamlılıq genlərinin skrininqi

 

Elmi rəhbər:

AMEA-nın müxbir üzvü, professor Z. Əkpərov

ABŞ-ın Kanzas Dövlət Universitetinin professoru Bikram Singh Gill 

Qəbul olduğu tarix:

 

 

Müdafiə etdiyi tarix:

2021

 

Mövzunun annotasiyası:

İlk dəfə olaraq, Yeni Nəsil Sekvenser texnologiyalarından istifadə etməklə müxtəlif ploidli buğda, eqilops və arpa kolleksiya nümunələrinin genetik müxtəlifliyi genom boyu yayılmış tək nukleotid polimorfizmləri əsasında qiymətləndirilmiş, növdaxili və növlərarası genetik qohumluq dərəcələri təyin edilmişdir. İlk dəfə olaraq, Milli Genbankda saxlanılan bərk və yumşaq buğda nümunələrinin sekvens əsasında genotipləşdirilməsi zamanı müvafiq olaraq 1039 və 411 tək nukleotid polimorfizmi aşkar edilmiş, TNP markerlərin buğda genomu (A, B, D) və xromosomlar üzrə paylanma xarakteri müəyyənləşdirilmişdir. Bu, böyük əksəriyyətini Azərbaycan genotipləri və sortları təşkil edən kolleksiya nümunələri üçün əldə edilmiş ilk TNP marker məlumatlarıdır. 

 

Avtoreferat:

 

Yüklə

Elmi əsərləri: