XƏBƏRLƏR
12:20, 17.03.2024
ETN Genetik Ehtiyatlar Institutunda ICARDA nümayəndə heyətilə görüş keçirilib

Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) nümayəndə heyətilə (NH) 15 mart 2024-cü il tarixində AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) görüş keçirilib. Görüşdə GEİ-nin elmi tədqiqat istiqamətləri üzrə əldə etdiyi elmi nailiyyətlər və kadr hazırlığı barədə NH-yə məlumat verilib, müvafiq sahədə İCARDA və GEİ arasında son 20 ildə çox səmərəli elmi-texniki əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb. İCARDA-nın baş direktoru Aly Abousabaa əməkdaşlarının səmərəli fəaliyyətindən məmnunluğunu, əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davamlılığına ümidvar olduğunu bildirib. Daha sonra qonaqlar GEİ-nin əldə etdiyi elmi nailiyyətlərlə, Milli Genbank, elmi tədqiqat işlərinin aparıldığı şöbə və laboratoriyalarla yaxından tanış olublar.

 

FOTO>>>