NEWS
15:20, 30.09.2026
Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasında elmi-praktiki seminar keçirilib
29 sentyabr 2026-cı il tarixində Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının təcrübə sahəsində “Meyvə bitkilərinin mədəni və yabanı əcdadlarının genetik ehtiyatlarının mühafizəsi, tədqiqi, bərpası, artırılması və seleksiyada istifadəsi” mövzusunda elmi-praktiki tarla seminarı keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Bitki Genofondu şöbəsinin, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin Baramaçılıq və Bitkiçilik fakültəsinin və Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, müəllim və tələbələri iştirak ediblər
Seminarda Şəki Elmi Tədqiqat Bazasının müdiri, b.ü.f.d. Coşqun Məmmədov baza ərazisində aparılan elmi-tədqiqat işləri və meyvə bitkilərinin genetik ehtiyatlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Seminar zamanı meyvə bitkilərinin genetik ehtiyatlarının qorunmasının, qiymətli genotiplərin aşkar edilərək mühafizəyə götürülməsinin və onların gələcək seleksiya proqramlarında istifadəsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra iştirakçılar təcrübə sahəsinə baxış keçirib, meyvə bitkilərinin genetik müxtəlifliyi, onların mühafizəsi və seleksiyada istifadəsi ilə bağlı fikir mübadiləsi aparıblar.