ANNOUNCEMENTS
12:23, 15.07.2026
ELAN

QAYDALAR

 

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 21–22 oktyabr 2026-cı il tarixlərində “Yaşıl inkişaf naminə bitki genetik ehtiyatlarının qorunması, iqlim dəyişmələrinə davamlılığın və səmərəliliyin artırılması” mövzusunda Respublika Elmi Konfransının keçirilməsi ilə bağlı tələblər:

Konfransın istiqamətləri

 

  1. Bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi və davamlı idarə olunması
  2. Aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının öyrənilməsi, qiymətləndirilməsi
  3. İqlim dəyişmələrinə davamlı genotiplərin müəyyən edilməsi və seleksiyada istifadəsi
  4. Bitki genetik ehtiyatlarının genomik, bioinformatik və biotexnoloji tədqiqatları
  5. Rəqəmsal texnologiyalar və süni intellekt əsasında genetik ehtiyatların idarə olunması
  6. İqlim dəyişmələrinin bitki genetik ehtiyatlarına təsiri və adaptasiya strategiyaları
  7. Yaşıl inkişaf və dayanıqlı kənd təsərrüfatında bitki genetik ehtiyatlarının rolu
  8. Bitki genetik ehtiyatlarının səmərəli istifadəsi və innovativ texnologiyalar
  9. Genetik ehtiyatların hüquqi, institusional və beynəlxalq əməkdaşlıq aspektləri
  10. Şəhərsalma və memarlıq şəraitində yaşıl infrastruktur və bitki biomüxtəlifliyi

 

Konfransın işçi dili

Azərbaycan  dili

Konfransın keçirilmə tarixləri

* Tezisin son göndərilmə tarixi: 01.10.2026
* Konfrans proqramının elan olunması: 15.10.2026
* Konfransın keçirilməsi: 21–22.10.2026
* Tezislərin nəşri: 25.11.2026

Tərtibat qaydaları

1.Tezislər konfransın elmi istiqamətlərinə uyğun hazırlanmalıdır;
2.Azərbaycan və ingilis dillərindən birində yazılmalıdır;
3. Əvvəllər nəşr olunmamış olmalıdır;
4. Mövzu aktual və elmi cəhətdən orijinal olmalıdır;
5. Nəticələr elmi və praktik əhəmiyyət daşımalıdır;
6. Mətnin ümumi həcmi 1 səhifəni keçməməlidir;
7. Microsoft Word proqramında Times New Roman şriftlə hazırlanmalıdır (şrift- 12 pt, sətirarası interval: 1.15; abzas: 1.0 sm);
8. Səhifə ölçüləri: sol -2.5 sm, sağ -1.5 sm, üst və alt- 2.0 sm;
9. Tezisin adı mərkəzdə, böyük hərflərlə və qalın şriftlə yazılmalıdır(şrift-12pt);
10. Növbəti sətirdə mərkəzdən müəllifin elmi dərəcəsi, elmi adı, soyadı, adı qalın şriftlə(şrift-12pt) göstərilməlidir (məruzəçinin adı altından xətt çəkilməlidir);
11. Növbəti sətirdə mərkəzdən işlədiyi və ya təhsil aldığı müəssisənin adı(qalın, şrift- 12pt);

12. Növbəti sətirdə mərkəzdən məruzəçinin elektron ünvanı yazılmalıdır (şrift- 12pt);
13. Mətn sətirdən sətrə keçirilmədən tərtib edilməlidir.

 


Qəbul və qiymətləndirmə qaydaları

* Tezislər elmi rəyə əsasən qiymətləndirilir;
* Tələblərə uyğun olmayan tezislər düzəliş üçün geri qaytarılır;
* Düzəliş olunmuş versiya yenidən təqdim edilməlidir;
* İmtina olunmuş tezislər təkrar qəbul edilmir;
* Qəbul olunmuş tezislər barədə müəllifə rəsmi məlumat verilir;
* Yalnız qəbul olunmuş və  konfransda təqdim edilmiş məruzələr konfrans materiallarında nəşr edilir;
* Tezisin məzmununa görə məsuliyyəti müəlliflər daşıyır.

Göndərilmə və əlaqə

* E-mail: konfransmateriallari2026@gmail.com
* Əlaqələndirici şəxs: Nərgiz Əzimli
* Telefon: +9949945160

Qeyd:

Aktuallığı, orijinallığı və elmi yeniliyi ilə seçilən tezislər redaktə olunduqdan sonra konfrans materialları toplusunda nəşr ediləcəkdir.