NEWS
15:48, 11.06.2026
Xəzər Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsi keçirlər
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Xəzər Universitetinin Biotexnologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil edilmişdir. Təcrübə Xəzər Universitetinin Həyat Elmləri Departamentinin müdiri Cəmalə Eldarovanın rəhbərliyi ilə həyata keçirilmişdir.
Təcrübə proqramı çərçivəsində tələbələr Genetik Ehtiyatlar İnstitutunun Molekulyar Sitogenetika şöbəsinin fəaliyyəti ilə yaxından tanış olmuş, burada aparılan elmi-tədqiqat işləri və əldə olunan nəticələrin tətbiqi istiqamətləri barədə ətraflı məlumat əldə etmişlər. Eyni zamanda, müasir elmi-tədqiqat proseslərində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri tələbələrə nümayiş etdirilmişdir.
Molekulyar Sitogenetika şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva tərəfindən tələbələrə taxıl bitkilərində və onların hibridlərində ağızcıq sıxlığının müəyyən edilməsi metodları haqqında nəzəri və praktiki məlumatlar təqdim olunmuşdur. Təcrübə tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və gələcək peşə fəaliyyətlərinə hazırlıqlarının gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. ‎