ANNOUNCEMENTS
16:29, 27.02.2026
ELAN
03.03.2026-cı il tarixində saat 11:00-da Molekulyar sitogenetika şöbəsinin əməkdaşı Rəhim Rəhimovun “Buğdanın yadcinsli amfiploidlərinin sitogenetik və seleksiya əhəmiyyəti” mövzusunda seminarı keçiriləcək.
Buğdanın yadcinsli amfiploidlərinin sitogenetik xüsusiyyətlərinin öyrənilməsi onların xromosom uyğunluğunu, homoloji və qeyri-homoloji konyuqasiyanı, həmçinin genomlararası qarşılıqlı təsiri müəyyən etməyə imkan verir. Bu tədqiqatlar meyoz sabitliyinin, xromosom rekombinasiyasının və struktur dəyişikliklərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Seleksiya baxımından isə yadcinsli amfiploidlər xəstəliklərə davamlılıq, abiotik streslərə dözümlülük və məhsuldarlıq kimi faydalı əlamətlərin buğda sortlarına ötürülməsi üçün qiymətli genetik mənbə rolunu oynayır.
Seminara institutun elmi işçiləri dəvət olunur.