НОВОСТИ
15:14, 29.09.2026
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Babayeva Nazlı Surxay qızının biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin şöbələrinin genişləndirilmiş elmi seminarında ilkin müzakirəsi keçirilmişdir.
İddiaçı İddiaçı “Genetika” ixtisası üzrə “Azərbaycanda becərilən armud genotiplərində dəmgil (Venturia pyrina Aderh.) xəstəliyinə davamlılıq genlərinin skrininqi və seçilmiş formaların seleksiyada istifadəsi” mövzusunda dissertasiya işini seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Müzakirə zamanı seminar iştirakçılarının rəyləri dinlənilmiş, tədqiqat işi ilə bağlı verilən suallar iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab edilmişdir.