НОВОСТИ
19:58, 09.03.2023
ETN Genetik Ehtiyatlar İnstitutu “Azərbaycan qəzeti” nin (1918-1920) latın qrafikalı redaksiyasını paylaşdı

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-1920-ci illərdə orqanı olan, ərəb qrafikalı “Azərbaycan qəzeti”nin ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə latın qrafikası ilə yeni redaksiyasının elektron versiyada bir QR kod (veb link) üzərində toplanaraq çap olunan xüsusi 1 buraxılışının 5 nüsxəsinin təşviq olunması, keçmiş milli mədəni dəyərlərimizin öyrənilməsi və təbliğ olunması baxımından Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin ən ümdə vəzifələrindəndir. Ölkəyə rəhbərliyi dövründə elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilində, 100 illik yubiley ərəfəsində keçmiş tariximizin Azərbaycan Xalq Cümhuriyyəti illərində ölkəmizdə baş vermiş hadisələr haqqında məlumatların Azərbaycan dilində latın qrafikası ilə oxunaraq hazırki beynəlxalq aləmdə baş verən proseslərlə müqayisə olunmasının hər bir oxucu üçün çox maraqlı olacağı istisna edilmir. www.ada.edu.az/azerbaijannewspaper