НОВОСТИ
16:57, 31.07.2026
A.e.ü.f.d. Qəzənfər Musa oğlu Əliyev Fəxri fərmanla təltif olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qəzənfər Musa oğlu Əliyevlə görüş keçirilmişdir. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, zəngin əmək yolu, elmi və pedaqoji fəaliyyəti haqqında çıxışlar edilib.
Onun ömrünün böyük bir hissəsinin aqrar elmin inkişafına, bitki genetik ehtiyatlarının toplanmasına və seleksiyada səmərəli istifadəsinə dair elmi araşdırmalara, eləcə də gənc mütəxəssislərin hazırlanmasına həsr etdiyi vurğulanmışdır.
Alimin çoxşaxəli, elmi, təcrübi və ictimai fəaliyyəti olduqca yüksək qiymətləndirilmişdir.
Onun çoxillik elmi nəticələri 50-dən çox əsərdə və metodik dərs vəsaitilərində öz əksini tapıb.
Tədbirin sonunda Qəzənfər Əliyevə uzunmüddətli və səmərəli elmi fəaliyyətinə və aqrar elmin inkişafına verdiyi töhfələrə görə Genetik Ehtiyatlar İnstitutunun Fəxri fərmanı təqdim olunub.
Yekunda institut rəhbərliyi Qəzənfər Əliyevə möhkəm cansağlığı, sağlam uzun ömür, firavan həyat və gələcək işlərində yeni uğurlar arzulayıb.