НОВОСТИ
10:43, 22.06.2026
Genetik Ehtiyatlar İnstitutu ilə Beynəlxalq Şorlaşmış Kənd Təsərrüfatı Mərkəzi (ICBA) arasında Anlaşma Memorandumu imzalanıb
19 iyun 2026-cı il tarixində AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktor vəzifəsini icra edən b.ü.f.d. Natavan Kələntərova ilə Beynəlxalq Şoranlaşmış Kənd Təsərrüfatı Mərkəzinin (ICBA) baş direktoru Dr. Tarifa Alzaabi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları, inkişaf sahəsində dialoq və əməkdaşlığa həsr olunmuş mühüm beynəlxalq platforma çərçivəsində imzalanıb.
Sənəd tərəflər arasında gələcək əməkdaşlığın əsasını aşağıdakı istiqamətlərdə müəyyən edir: kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar və innovasiyalar;kadr potensialının inkişafı; bitki genetik ehtiyatlarının öyrənilməsi, mühafizəsi və səmərəli istifadəsi;kənd təsərrüfatı bitkilərinin diversifikasiyası; elmi mübadilə və birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsi.
Anlaşma Memorandumu kənd təsərrüfatı sahəsində elmi əməkdaşlığın gücləndirilməsinə, biomüxtəlifliyin qorunmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və dayanıqlı kənd təsərrüfatı yanaşmalarının inkişafına töhfə verməyi hədəfləyir.