НОВОСТИ
10:01, 13.04.2026
Genetik Ehtiyatlar İnstitutunda şagirdlər üçün biologiya fənni üzrə praktik məşğələlər təşkil olundu.
09 aprel 2026-cı il tarixində AR ETN Genetik Ehtiyatlar İnstitutunda Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsinə hazırlaşan şagirdlər üçün biologiya fənni üzrə praktik məşğələlər keçirildi.
Tədbirdə müxtəlif məktəb və liseylərdən ümumilikdə 13 nəfər şagird iştirak etmişdir.
Praktiki məşğələlər zamanı iştirakçılara biologiya sahəsində laborator üsullar, bitki genetik ehtiyatlarının öyrənilməsi və müasir tədqiqat metodları üzrə əyani bilik və bacarıqlar təqdim olunmuşdur.
Təcrübə çərçivəsində şagirdlər institutun şöbə və laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olmuş, bu struktur bölmələrində aparılan elmi-tədqiqat işləri, tətbiq olunan müasir laboratoriya metodları, eləcə də istifadə olunan cihaz və avadanlıqlar barədə ətraflı məlumat əldə etmişlər.
Şagirdlər həmçinin Milli Genbankda bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadəsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə də yaxından tanış olmuşlar.
Qeyd edək ki, bu cür məşğələlər şagirdlərin praktiki biliklərinin artırılması, elmi dünyagörüşünün formalaşdırılması və Respublika Fənn Olimpiadalarının final mərhələsində uğur qazanmasına mühüm töhfə verir.
Şagirdlərə uğurlar arzulayırıq! ‎