НОВОСТИ
15:03, 04.03.2024
Genetik Ehtiyatlar İnstitutunda tələbələr istehsalat təcrübəsi keçib.

AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2024-cü il 4 mart tarixində Bakı Dövlət Universitetinin biologiya fakultəsinin tələbələri istehsalat təcrübəsi (İT) keçib. Tələbələr GEİ-nin “Biokimyəvi genetika və texnologiya” şöbəsində (müdir, b.e.d. Hamlet Sadıqov), digər aidiyyatı struktur bölmələrdə, elmi tədqiqatların aparılması və nəticələrinin istehsalata tətbiq olunması haqqında məlumatlar əldə edib, müvafiq cihaz və avadanlıqlarla tanış olublar.