NEWS
09:53, 14.08.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Bitki Mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunda texniki bitkilərdə genetik tədqiqatlar üzrə təlim keçirib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında texniki bitkilərdə genetik tədqiqatlara dair təlim və praktiki məşğələlər keçirilib.
Təlim Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Texniki və Yem Bitkiləri şöbəsinin müdiri, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova tərəfindən aparılıb.
Məşğələlərdə pambığın yeni sort və formalarının genetik xüsusiyyətləri, eləcə də “Fusarium” və “Verticillium” vilt xəstəliklərinə davamlı genotiplərin müəyyənləşdirilməsi üzrə müasir yanaşmalar təqdim olunub və laboratoriyada praktiki tətbiqlər nümayiş etdirilib.
Tədbirdə həmçinin institutlararası əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat imkanları müzakirə edilib.