11:50, 06.07.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 30.06.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin elmi işçisi Mirzəyeva Arzu Rəfail qızına 3110.01 – “Kənd təsərrüfatı heyvanlarının (tut ipəkqurdunun) yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması” ixtisası üzrə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Arzu Mirzəyeva “Genetik ehtiyatlardan, seleksion-genetik parametrlərdən və çarpazlaşdırma metodlarından istifadə etməklə təkrar yemləmələr üçün dözümlü tut ipəkqurdu cinslərinin yaradılması” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.