14:56, 03.04.2026
ELAN
07 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 (WUF13) ilə əlaqədar növbəti məlumatlandırıcı tədbir çərçivəsində seminar keçiriləcək.
Seminarda Dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva“Gələcəyin şəhərləri: İqlim dəyişkənliyinə qarşı mübarizədə texnologiya və təbiət” mövzusunda məruzə ilə çıxış edəcək.
Seminar çərçivəsində gələcəyin şəhərlərinin daha ağıllı, yaşıl və insan mərkəzli olması,texnologiya ilə təbiət arasında balansın qorunması,iqlim dəyişkənliyinin şəhər mühitinə təsirləri və bu təsirlərin azaldılmasında innovativ yanaşmalar müzakirə olunacaq.