NEWS
12:00, 27.02.2026
Genetik Ehtiyatlar İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 2026-cı il üzrə Mülki Müdafiə tədbirləri planına uyğun olaraq 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institut rəhbərliyi bildirib ki, bu günün qeyd olunmasında əsas məqsəd mülki müdafiənin cəmiyyət həyatındakı rolunu ön plana çəkmək, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq və təhlükəsizlik mədəniyyətini gücləndirməkdir.
Çıxış zamanı vurğulanıb ki, ölkəmizdə mülki müdafiə sahəsində fəaliyyətin hüquqi əsasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarı ilə müəyyən edilmişdir və bu sənəd fövqəladə hallardan müdafiə sahəsində sistemli fəaliyyətin təşkilini təmin edir.
Qeyd olunub ki, institutda əməkdaşların təhlükəsizliyinin qorunması və maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır, müvafiq tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Tədbirin davamında Mülki Müdafiə Qərargahının rəisi Valeh Əsədov çıxış edərək mülki müdafiə sisteminin əhəmiyyəti, fövqəladə hallar zamanı davranış qaydaları və qorunma tədbirləri barədə ətraflı məlumat verib.