14:18, 20.02.2026
ELAN
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 24.02.2026-cı il saat 11:00-da professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun “İri buynuzlu heyvanların bəzi anomaliyaları və xəstəliklərinin etiologiyasında seleksiyon –genetik və ekoloji amillərin rolu” mövzusunda seminarı keçiriləcək.
Seminara institutun elmi işçiləri dəvət olunur.
Seminarda iri buynuzlu heyvanlarda anomaliya və xəstəliklərin yaranmasında seleksiya, genetik və ekoloji amillərin qarşılıqlı rolundan bəhs ediləcəkdir.
İntensiv seleksiya və süni mayalandırma gizli genetik qüsurların populyasiyada yayılmasına səbəb ola bilər. Anomaliyalar genetik, irsi-ekoloji və ekzogen amillər üzrə təsnif edilir. Xromosom dəyişiklikləri, eləcə də letal və subletal genlər embrional inkişafın pozulmasında və irsi qüsurların formalaşmasında mühüm rol oynayır.