НОВОСТИ
11:29, 21.04.2013
Azərbaycan alimləri Brüsseldə səfərdə olmuşlar

17-18 aprel 2013-cü il tarixlərdə AMEA Xarici Əlaqələr Şöbəsinin müdiri, Avropa Komissiyasının FP7 proqramının koordinotoru, prof. Ədalət Həsənov və AMEA Genetik Ehtiyatlar İnstititutunun elmi işlər üzrə direktor müavini, Avropa Komissiyasının Marie Curie (Mariya Küri) proqramının milli əlaqələndiricisi b.ü.f.d. Mehrac Abbasov Brussel şəhərində (Belçika) keçirilən Marie Curie proqramının 14-cü iclasında iştirak etmişlər.

İclasda Avropa Komissiyasında yeni yaradılan Horizon 2020 proqramı haqqında məlumat verilmiş və proqram çərçivəsində fəaliyyət göstərəcək Marie Curie əməkdaşlıq layihəsinin detalları müzakirə olunmuşdur. Həmçinin, Avropa Komissiyasında layihələrin qiymətləndirilməsi mexanizmi haqqında geniş seminar keçirilmişdir.

Səfər zamanı Türkiyə, Belçika, Moldova, Avstriya, İtaliya və s. ölkələrin təmsilçiləri ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur (http://science.az/az/index.php?id=5412).