16:55, 21.10.2026
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir
21 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Lənkəran Dövlət Universitetinin Fizika, Kimya və Biologiya kafedrasının dissertantı Sadıxzadə Nərmin Natiq qızının dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Dissertasiya işi FD 1.37 Dissertasiya Şurasının iclasında təqdim olunmuşdur. İddiaçı “Genetika” ixtisası üzrə “Lənkəran-Astara zonası əhalisində Fabri xəstəliyinin kardioloji və genetik aspektlərinin tədqiqi” mövzusunda tədqiqatının əsas nəticələrini şura üzvlərinin və iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Müdafiə zamanı rəsmi opponentlərin rəyləri dinlənilmiş, iddiaçı tərəfindən şura üzvlərinin və iştirakçıların sualları cavablandırılmışdır. Dissertasiya işinin elmi əhəmiyyəti, əldə edilmiş nəticələr və tədqiqatın əsas müddəaları ətrafında müzakirələr aparılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Sadıxzadə Nərmin Natiq qızına biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.